Bakı Avrasiya Universitetində dezinfeksiya işlərinə start verildi

04.03.2020

Bakı Avrasiya Universitetində Nazirlər Kabinetinin “Azərbaycanda yeni koronavirus xəstəliyinin yayılmasının qarşısının alınmasına dair fəaliyyət planı”nın icrasını təmin etmək məqsədi ilə əsaslı dezinfeksiya işləri aparılıb.

BAAU-nın mətbuat xidmətinin rəhbəri Şəfayət Avılbəyli məlumat verib ki, koronavirusla əlaqədar universitetdə dezinfeksiya işlərinə nəzarət daha da gücləndirilib, eyni zamanda bundan öncə də  tələbələr arasında tibbi profilaktik tədbirlər aparılıb, virusla bağlı qabaqlayıcı tədbir olaraq bütün mərtəbələr dezinfeksiyaedici məhlullarla təmin edilib.