Həmkarlar ittifaqı


BAAU-nun ilk Həmkarlar İttifaqı Komitəsi 1996-cı ildə yaradılıb. Komitəyə ilk olaraq Ələkbər Mehdiyev, sonrakı illərdə isə Aqil Şahmuradov, Qafar Verdiyev  sədrlik etmişlər. 2012-ci ildən Komitəyə Şəfahət Əliyev sədrlik edir. Bu günə qədər BAAU-nun Həmkarlar İttifaqı Komitəsində 3 komissiya fəaliyyət göstərir: 11 nəfərdən ibarət Təftiş Komissiyası, rəyasət heyətinin üzvləri, məclis üzvləri.

 

Şəfahət Əliyev


1973-ci ildə Gədəbəy rayonunda anadan olub. 1981-1991-ci illərdə S.Qasımov adına Arabaçı kənd  orta məktəbdə orta təhsil alıb. 1991-1996-cu illərdə M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İntitutunda (indiki Bakı Slavyan Universiteti) ali təhsil alıb.

Mətbuat sahəsində 1996-cü ildən fəaliyyət göstərir. Dövri mətbuatda çoxsaylı publisistik, ictimai-siyasi  yazıları dərc olunub. Mətbuatdakı səmərəli fəaliyyətinə görə “Peşəkar jurnalist”, “Araşdırmaçı jurnalist” fəxri diplomlarına layiq görülüb.

2014-cü ildən Bakı Avrasiya Universitetinin  “Türk xalqlarının dili və ədəbiyyatı” bölümünün doktorantıdır. “Müasir poeziyada köç və işğal problemi: Qərbi Azərbaycan şairlərinin yaradıcılığı əsasında” mövzusunda elmi iş üzərində çalışır. «Retro», «Asiya-Fakt» informasiya agentliyi, «Respublika», “Yeni Asiya”, «Avrasiya»  ictimai-siyasi qəzetlərdə  baş redaktorun müavini, baş direktor, baş redaktor vəzifələrində çalışıb. 2003-cü ildən Araşdırmaçı Jurnalistlər Liqasının baş katibidir.

2012-cı ilin yanvar ayından Bakı Avrasiya Universitetində rektor köməkçisi, 2014-cü ildən isə Universitetin İctimaiyyətlə əlaqə və daxili nəzarət şöbəsinin müdiri vəzifəsində çalışıb.