Eyvazov İqrar Eldəniz oğlu

 

Eyvazov İqrar Eldəniz oğlu 1981-ci ildə Göyçay rayonu,Çərəkə kəndində anadan olub. 1999-cu ildə Çərəkə kənd 1 saylı orta məktəbini,2004-cü ildə isə  Qafqaz Universitetinin Türk dili və ədəbiyyatı bölümünün məzunu  olub. 2005-ci ildə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında hərbi xidmətini başa vurduqdan sonra müxtəlif televiziya və radiolarda aparıcı vəzifəsində çalışıb.  Space Müstəqil Teleradio şirkətinin eyniadlı televiziyası və radiosunda aparıcı,  "Xəzər"  televiziyasında  "Günə başlarkən"  səhər proqramının, eyni zamanda  "Xəzər xəbər",  "Sağlıqla"  proqramlarının, daha sonra  "İnterAz"  televiziyasında  "Xeyirli sabahlar",  "Əsas xəbər" buraxılışlarının aparıcısı vəzifəsində çalışıb.

Hal-hazırda Bakı Avrasiya Universitetində Mətbuat xidmətinin rəhbəridir.