Həsənova Nərgiz Surxay qızı

Həsənova Nərgiz Surxay qızı 22 yanvar 1971-ci il tarixdə Zəngilan rayonunda anadan olmuşdur. 1978-1988-ci illərdə Zəngilan rayon 1 saylı orta məktəbində, 1993-1997-ci illərdə isə Bakı Dövlət Universitetin Sosial elmlər və psixologiya fakültəsində fəlsəfə ixtisası üzrə ali təhsil almışdır. 1997-ci ildə Universiteti fərqlənmə diplomu ilə bitirmiş və filosof, fəlsəfə müəllimi ixtisasına yiyələnmişdir.

Həmin ildə Bakı Dövlət Universitetinin aspiranturasına daxil olmuşdur.Fəlsəfə elmləri doktoru, professor Cəmil Əhmədli,  fəlsəfə elmləri doktoru, professor Həmid İmanov və fəlsəfə elmləri namizədi, dosent Maarif Babayevin elmi rəhbərliyi altında “Tarixi fakt və nəzəriyyə” mövzusunda namizədlik dissertasiya işini yerinə yetirmişdir.

Əmək fəaliyyətinə 01.08.1988-ci ildən başlamış, 01.11.1990-cı il tarixdən 30.11.1991-ci il tarixədək Zəngilan rayon Xalq Məhkəməsində dəftərxana katibi, 21.12.1995-ci ildən  Bakı Avrasiya Universitetinə (əvvəlki Ali Diplomatiya Kolleci) Xarici əlaqələr şöbəsinin inspektoru vəzifəsinə işə qəbul edilmiş və həmin ildən Universitetdə müxtəlif vəzifələrdə çalışmışdır. 06.01.1997-ci il tarixdən I prorektorun köməkçisi, 02.02.1998-ci ildən referent-köməkçi və elmi katib, 01.02.2000-ci il tarixdən rektorluq yanında Katibliyin rəhbəri, 23.11.2002-ci ildən Ümumi işlər üzrə prorektor, 01.10.2003-cü ildən Tədris işləri üzrə prorektor, 15.09.2010-cu ildən Ümumi işlər üzrə prorektor, 01.03.2011-ci ildən I prorektor-tədris işləri üzrə prorektor, 15.09.2011-ci ildən Kadr, elm və informasiya departamentinin rəhbəri, 30.03.2012-ci il tarixdən Kadr işinin təşkili və informasiya departamentinin rəhbəri, 07.01.2013-cü ildən rektorun müşaviri (planlaşdırma və strateji təhlil üzrə), 03.02.2016-cı ildən rektorun müşaviri (normativ-hüquqi sənədlərin təşkili üzrə) vəzifəsində çalışmışdır.

30.03.2016-cı il tarixdən rektorun müşaviri vəzifəsində saxlanılmaqla İcra aparatının rəhbəri vəzifəsinə keçirilmişdir. Hazırda rektorun müşaviri-İcra aparatının rəhbəri vəzifəsində işləyir.

Yeni Azərbaycan Partiyasının üzvüdür.