Əcnəbi tələbələrin hazırlıq Mərkəzi

 

Bakı Avrasiya Universitetinin beynəlxalq əlaqələrinin genişlənməsi, müxtəlif ölkələrdən Azərbaycana təhsil almağa üz tutmuş gənclərin BAAU-ya marağının artması nəzərə alınaraq 2015-ci ildə Universitetin nəzdində “Əcnəbi tələbələrin hazırlıq mərkəzi” yaradılıb. Mərkəzin əsas fəaliyyət istiqamətlərindən biri də xarici ölkələrdən olan gəncləri BAAU-da müxtəlif ixtisaslar üzrə təhsil almaları üçün hazırlamaq, hazırlıq mərhələsinin yekununda təqdim olunan sertifikatlarla həmin gənclərin gələcək təhsil və karyera fəaliyyətlərinə töhvə verməkdir.

“Əcnəbi tələbələrin hazırlıq mərkəzi” BAAU-nun əlaqələrinin sürətli inkişafı fonunda bir sıra xarici ölkələrin ali təhsil ocaqları və institutları, akademiya və tədris mərkəzləri ilə fəal əməkdaşlıq edir, beynəlxalq layihələrdə iştirak edir.

Mərkəzdə tədris rus və ingilis dillərində, ən yeni metodik vəsaitlər əsasında, müasir tələblərə uyğun həyata keçirilir. Əcnəbi tələbələr mərkəzin təhsil və hazırlıq imkanlarından yararlanmaqla yanaşı, universitetin ictimai həyatında da fəal iştirak edirlər.