Avrasiya idman klubu 

 

Avrasiya idman klubu 2014-cü ildə Bakı Avrasiya Universitetinin nəzdində yaradılıb. Klubun yaradılmasında əsas məqsəd tələbələri sağlam və aktiv həyata, idmana həvəsləndirmək, asudə vaxtlarını daha faydalı işlərə sərf etməyə yönəltməkdir. Klub həm BAAU-nun tələbələri, həm də “sağlam bədəndə sağlam ruh olur!” devizi ilə yaşayan istənilən gənc üçün açıqdır.

Kluba maraq göstərən gənclər ümumi sahəsi 360 kv.m olan, müasir və keyfiyyətli idman avadanlıqları ilə tam təchiz olunmuş idman zalından istifadə edə bilərlər.