NİYƏ BAKI AVRASİYA UNİVERSİTETİNİ SEÇİRİK?

 

 

HƏM KEÇMİŞİN, HƏM GƏLƏCƏYİN UNİVERSİTETİ:


- bir çox ilklərə imza atan, Azərbaycanın ilk özəl universiteti;

- ölkənin işıqlı gələcəyinə töhfə verən minlərlə peşəkar, yüksək ixtisaslı məzun;

- ölkədə nüfuz sahibi olan, geniş beynəlxalq əlaqələrə malik və xalqa fayda verməyi hər şeydən öndə sayan çevik, daim yeniləşən və irəliləyən, çağdaş universitet.

 

 

KEYFİYYƏTLİ TƏHSİL:


- tədrisin keyfiyyətinə görə Azərbaycan universitetləri arasında yüksək göstəricilərə malikdir;

- təhsil prosesi  Bolonya sistemi üzərində qurulub;

- diplomu Azərbaycanın bütün dövlət və özəl müəssisələrində, xarici ölkələrdə tanınır;

- akademik araşdırmalar sahəsində bir çox layihələr həyata keçirir;

- təhsilini davam etdirmək üçün Avrasiya və Amerikanın bir çox tanınmış universitetlərinə tələbələr göndərir;

- peşəkar, zəngin potensiala malik və savadlı professor-müəllim heyətinə malikdir;

- ana dilimizdə və bir çox əcnəbi dillərdə nəşr edilmiş minlərcə kitabı, elektron-axtarış sistemli kataloqu, tələbələrin rahat çalışması üçün bilgisayarlarla təchiz edilmiş geniş oxu zalı olan müasir kitabxana mövcuddur;

- keyfiyyətli tədris prosesinə dəstək olan, müasir standartlara cavab verən auditoriya və kabinetlərə malikdir;

- rus, ingilis, alman, fransız, türk, ərəb dillərinə dərindən yiyələnmək imkanı yaradır.