Məmmədov Novruz 

 

Novruz İsmayıl oğlu Məmmədov 18 mart 1947-ci ildə Naxçıvan Muxtar Respublikası, Babək rayonunun Şıxmahmud kəndində anadan olmuşdur. 1964-cü ildə orta məktəbi bitirmiş, Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun Avropa dilləri fakültəsinin, fransız dili şöbəsinə daxil olmuşdur. 1970-ci fərqlənmə diplomu almış və institutda müəllim vəzifəsində saxlanılmışdır. 1967-1968-ci illərdə Əlcəzairdə, 1971-1973-cü illərdə Qvineyada, baş tərcüməçi kimi fəaliyyət göstərmişdir. 1991-ci ildə dissertasiya müdafiə etmişdir. Filologiya elmləri namizədi elmi dərəcəsi almaq üçün 1992-1993-cü illərdə Azərbaycan Dövlət Dillər İnstitutunun hazırlıq, 1993-1997-ci illərdə isə fransız dili fakültəsinin dekanı vəzifəsində işləmişdir. 1995-1997-ci illərdə Azərbaycan Respublikası Prezidentinin (Heydər Əliyev) fransız dili üzrə tərcüməçisi olmaqla, dəfələrlə onu Fransaya, Avropa Şurasına səfərlərdə müşayiət etmişdir. 1998-ci ildə Fransa Prezidenti Jak Şirak tərəfindən Fransanın “Fəxri Legion” Ordeni ilə təltif olunmuşdur. 2002-ci ildə Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin fərmanı ilə Fövqəladə və Səlahiyyətli Səfir rütbəsi almışdır. 2007-ci ilin martında Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə "Şöhrət" ordeninə layiq görülmüşdür. 2009-cu ildə Polşa prezidenti Lex Kaçinskinin sərəncamı ilə ona Polşanın “Fəxri Legion” Ordeni verilmişdir. 50-dən artıq elmi, siyasi məqalənin, bir neçə kitabın, və  siyasi və ictimai-siyasi mövzuya həsr olunmuş çoxsaylı yazıların müəllifidir. 2013-cü ildə özünün rəhbərliyi və baş redaktorluğu ilə "Qlobal siyasət: təhdidlər, çağırışlar, ümidlər" və "Кто прав тот и сильнее?" (rus dilində) kitabları işıq üzü görmüşdür. 1997-ci ilin aprelindən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri, 2012-ci ilin noyabrından isə Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavinidir. Birinci dərəcəli Dövlət müşaviridir.

 

 

Məmmədyarov Elmar  

 

1960-cı il iyulun 2-də Bakı şəhərində anadan olmuşdur. O, 1977-1982-ci illərdə Kiyev Dövlət Universiteti, Beynəlxalq Münasibətlər və Beynəlxalq Hüquq bölməsində təhsil almışdır. 1982-1988-ci illərdə Azərbaycan SSR Xarici İşlər Nazirliyində 2-ci katib, 1-ci katib olmuşdur. 1988-1991-ci illərdə SSRİ Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasının tarix elmləri namizədi olmuşdur.  1989-1990-cı illərdə  Braun Universitetində Xarici siyasətin planlaşdırılması mərkəzində fəaliyyət göstərmişdir. 1991-1992-ci illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi, Dövlət Protokolu şöbəsinin müdiri vəzifəsində çalışmışdır. 1992-1995-ci illərdə Azərbaycan Respublikasının BMT yanındakı daimi nümayəndəliyinin 1-ci katibi olmuşdur. 1995-1998-ci illərdə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, Beynəlxalq təşkilatlar idarəsində rəis, 1998-2003-cü illərdə isə Azərbaycan Respublikasının ABŞ-dakı səfirliyində müşavir işləmişdir.  2003-cü ildə Fövqəladə və Səlahiyyətli Səfir rütbəsi almış, 2003-2004-cü illərdə Azərbaycan Respublikasının İtaliya Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri olmuşdur. 2 aprel 2004-cü ildən  Azərbaycan Respublikasının Xarici İşlər Naziridir.

 

 

  Musayev Toğrul 

 

Toğrul Sirac oğlu Musayev 1954-cü ildə Bakı şəhərində anadan olmuşdur. 1978-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini,  1993-cü ildə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu bitirmişdir. Universitetin hüquq fakültəsində müəllim, Respublika Ali Soveti  Rəyasət Heyətinin hüquq şöbəsində böyük məsləhətçi, Azərbaycan Respublikası KP MK İnzibati orqanlar şöbəsində hüquq mühafizə  orqanları ilə iş üzrə təlimatçı, Azərbaycan Respublikası Prezidenti İcra Aparatının Dövlət-Hüquq şöbəsində böyük məsləhətçi vəzifələrində  işləmişdir. 1995-ci ildə Baş Prokurorluqda Kadrlar idarəsinin rəisi, Respublika Prokurorluğu Kollegiyasının üzvü olmuşdur. 2000-ci ildən  Azərbaycan Respublikası Ədliyyə nazirinin müavini təyin edilmişdir. II dərəcəli dövlət ədliyyə müşaviri rütbəsinə malikdir. Dəfələrlə mükafatlandırılmış, ədliyyə orqanlarında səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikası Prezidentinin 21 noyabr 2008-ci il tarixli  Sərəncamına əsasən “Vətənə xidmətə görə” ordeninin üçüncü dərəcəsi ilə təltif edilmişdir. Dövlət başçısının sərəncamları ilə bir sıra  beynəlxalq Konvensiyalar üzrə Azərbaycan Hökuməti hesabatlarının hazırlanması və təqdim edilməsi ilə bağlı ölkəmizin nümayəndə  heyətlərinin üzvü təyin olunmuşdur. Ədliyyə Nazirliyi Attestasiya Komissiyasının və ədliyyə orqanlarına qulluğa qəbulla bağlı Müsabiqə və  İxtisas komissiyalarının sədridir. Azərbaycan Republikasının Ümumdünya Ticarət Təşkilatına üzv olmasına hazırlıq işləri üzrə Komissiya  sədrinin müavinidir. O, həmçinin, Avropa Ümumi Hüquq Təşkilatının Direktorlar Şurasının və Beynəlxalq Prokurorlar Assosiasiyasının  üzvüdür. Ölkəmizin Avropa Şurasının Hakimlərin və prokurorların tədrisi üzrə Lissabon şəbəkəsində nümayəndəsi, mülki hüquq sahəsində bir sıra elmi məqalələrin müəllifidir.

 

Mehdiyev Aqşin 

 

1949-cu ildə Bakı şəhərində anadan olmuşdur. 1971-ci ildə Bakı Dövlət Universitetini bitirmişdir. Tarix elmləri namizədi, Ali Diplomatiya Kollecinin (indiki Bakı Avrasiya Universiteti) professorudur.  SSRİ MƏR-də Səfirliyinin nəzdində iqtisadi məsələlər müşavirinin tərçüməçisi; Azərbaycan Xarici İşlər Nazirliyində II, I katib, İnformasiya və mətbuat şöbəsinin müdiri; SSRİ YƏR-də səfirliyində attaşe, III katib; Azərbaycan Xarici İşlər Nazirliyinin Konsulluq şöbəsində müdir müavini; SSRİ Xarici İşlər Nazirliyində Diplomatik akademiyanın dinləyicisi; SSRİ-nin YXDR-da səfirliyinin II katibi, I katibi, müşavir; Xarici İşlər Nazirliyinin Avropa, ABŞ və Kanada ölkələri idarəsinin rəisi vəzifələrində çalışmışdır. 2000-2001-ci illərdə Ali Diplomatiya Kollecində (indiki Bakı Avrasiya Universiteti) Beynəlxalq münasibətlər kafedrasında baş müəllim, professor işləmişdir. 2006-2014-cü illərdə isə Azərbaycanın BMT yanında Daimi Nümayəndəsi olub. Hazırda İslam Əməkdaşlıq Təşkilatının Avropa İttifaqı yanında daimi müşahidəçisi kimi fəaliyyət göstərir.

 

 

Suat İrfan Günsel

 

Suat İrfan Günsel 1952-ci ildə Kiprdə anadan olmuşdur. Orta Şərq Texniki Universitetin Fizika fakültəsinin məzunu, psixologiya üzrə doktordur. Dr. Suat Günsel 1988-ci ildə əsası qoyulan Yaxın Doğu Universitetinin yaradıcısı və rektorudur. Hazırda universitet 16 fakültə, 220 bakalavr, 205 magistratura və doktorantura proqramlarını tədris edən 6 institut, 2 universitet və 28 araşdırma mərkəzinə malikdir.  Suat Günselə 2009-cu ildə, II Dünya Qaqauzlar Konqresində sədr Mihail Formuzal tərəfindən, “Qaqauz Yeri Şərəf Medalı” və “Mötəbər Vətəndaşlıq Rütbəsi”, “Qızıl Şərəf Medalı”, “Üstün başarı” mükafatları verilmişdir. Moldovanın Komrat Dövlət Universiteti, Azərbaycan Dövlət Tibb Universiteti, Azərbaycan Universiteti, Bakı Avrasiya Universiteti tərəfindən Fəxri Doktor adına layiq görülmüşdür.

 

 

Çingiz Abdullayev

 

Azərbaycan detektiv yazıçısı, nasir, publisist Abdullayev Çingiz Akif oğlu 1959-cu il aprelin 7-də Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1976-cı ildə Bakıda 189 saylı şəhər məktəbini bitirmişdir. Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsində təhsilini davam etdirmişdir (1976-1981). Əmək fəaliyyətinə Bakı istehsalat birliyində hüquq məsləhətçisi, böyük hüquq məsləhətçisi və şöbə rəisi kimi başlamışdır (1981). Afrika, Asiya və Avropa ölkələrində ezamiyyətdə olmuşdur (1984-1986). Bakı şəhəri Əzizbəyov rayonu icraiyyə komitəsində şöbə müdiri, KP Qaradağ rayonu komitəsində təşkilat şöbəsinin təlimatçısı, siyasi-maarif kabinetinin müdiri vəzifələrində çalışmışdır. 1989-cu ilin fevralından Azərbaycan Yazıçılar İttifaqının katibi olmuşdur. Hüquq elmləri namizədi alimlik dərəcəsi almaq üçün beynəlxalq təcavüz problemi barədə dissertasiya müdafiə edib (1988). Polşanın Krakov Universitetinin fəxri professorudur (1989). H.Z.Tağıyev adına Xeyriyyə Cəmiyyətinin sədri (1990-cı ildən) və Azərbaycan Yazıçılar Birliyinin katibi (1991-ci ildən) seçilmişdir. Azərbaycan Demokratik Ziyalılar İttifaqı nəzdində olan milli akademiyanın doktorudur (1990). Beynəlxalq cinayət problemi barədə doktorluq dissertasiyası müdafiə etmişdir (1991). Azərbaycan PEN klubunun vitse-prezidentidir (1990). Ədəbi fəaliyyətə tələbəlik dövründən başlamışdır. 1983-cü ildən dövri mətbuatda oçerk, məqalə və detektiv janrda yazdığı hekayələrlə müntəzəm çıxış edir. Rus dilində yazıb-yaradır. İngilis və italyan dillərində sərbəst danışır. Əsərləri xarici ölkə xalqlarının dillərinə tərcümə olunmuş, Almaniya, İrlandiya, Fransa, və Rusiyada kütləvi tirajla buraxılmış, 27 milyon nüsxədə olan 600-dən çox kitabı dünyada yayılmışdır. 193 adda kitabın müəllifi siyasi detektiv janrında yazan ən məhsuldar müasir yazıçılardan biri kimi tanınmışdır. Xidmətlərinə görə "Qırmızı Əmək Bayrağı" ordeni və medallarla təltif olunmuşdur. Keçmiş SSRİ Yazıçılar İttifaqının nümayəndələri tərkibində Çexoslovakiya, Yuqoslaviya (1978), Bolqarıstan (1986), Danimarka (1989), Polşada (1989) səfərdə olmuşdur. 2009-cu ildə Azərbaycanın ədəbi həyatında fəal iştirakına görə "Şöhrət" ordeni ilə təltif edilmişdir. 2014-cü ildən İnterpolun fəxri səfiri, 2015-ci ildən "Neftçi" Futbol Klubunun Müşahidə Şurasının sədridir.

 

 

Aygün Attar 

 

Professor, Türkiyənin Giresun Universitetinin keçmiş rektoru, Oksford Universitetinin Sokrat mükafatı laureatı Aygün Attar 1962-ci ildə Qubadlıda anadan olmuşdur. 1986-cı ildə Bakı Dövlət Universitetini bitirmiş, 1993-cü ildə Rusiya Elmlər Akademiyasının Tarix şöbəsində doktorluq müdafiəsi etmişdir. 1990-cı ildən Türkiyədə yaşayan Aygün Attar Türkiyə vətəndaşıdır. Azərbaycan tarixi və mədəniyyətinin təbliği istiqamətində fəaliyyət göstərən professor, ermənilərin Azərbaycan və Anadolu türklərinə qarşı törətdiyi soyqırımlara həsr olunmuş bir çox sayda məqalənin müəllifidir.

 

 

Nizami Məmmədov

 

Fəlsəfə elmləri doktoru, RF prezidentinin yanında Rusiya xalq təsərüfat akademiyasının professoru, Moskva şəhər pedoqoji universitetinin kafedra müdiri, qloballaşma və inkişaf İnstitutunun direktoru, YUNESKO-nun eksperti.  Fəlsəfə və texniki elmlər, fəlsəfə mədəniyyəti, sosial iqtisadiyyat və iqtisadi təhsil sahələrində bir çox elmi işlərin müəllifidir. 300-dən artıq publikasiya, həmçinin monoqrafiya və kitabların müəlifidir.

   

 

 

İsfəndiyar Vahabzadə

 

Vahabzadə İsfəndiyar Bəxtiyar oğlu 1954-cü ildə Bakıda anadan olmuşdur. 1976-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Şərqşünaslıq fakültəsini bitirmişdir. 1983-1985-ci illərdə Əfqanıstanda tərcüməçi (SSRİ Müdafiə Nazirliyi) tərcüməçi, 1985-1986-cı illərdə baş katib, 1986-1988-ci illərdə Bakı Ali Partiya Məktəbində müəllim işləmişdir. 1988-1990-cı illərdə Azərbaycan Kommunist Partiyasının Bakı şəhər komitəsində təlimatçı, 1990-1991-ci illərdə Bakı Şəhər Səbayıl rayonunda İcraçı Komitənin nümayəndəsi, 1991-1994-cü illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində şöbə müdiri, 1994-1997-ci illərdə Azərbaycan Respublikası Mədəniyyət Nazirinin müavini, 1997-1999-cu illərdə Pakistan İslam Respublikasında Azərbaycan Respublikasının Fövqəladə və Səlahiyyətli səfiri, 1999-2002-ci illərdə, Azərbaycan Respublikasının Cenevrədə BMT  və digər beynəlxalq təşkilatlarda səlahiyyətli nümayəndəsi olmuşdur. 2002-2004-cü illərdə Azərbaycan Dillər Universitetinin və Ali Diplomatiya Kollecinin (indiki BAAU) müəllimi olmuşdur. 2004-2005-ci illərdə Azərbaycan Respublikasının xaricdə yaşayan azərbaycanlılarla iş üzrə Dövlət Komitəsinin sədr müavini, 2005-2011-ci illərdə Azərbaycan Respublikasının Moldovada Fövqəladə və Səlahiyyətli səfiri olub. 2011-ci ildən Azərbaycan Respublikasının Belarusiyada Fövqəladə və Səlahiyyətli səfiridir.  Filologiya Elmləri doktoru, professoru və Moldova Respublikası Elmlər Akademiyasının həqiqi üzvüdür. Azərbaycan və Belarusiya yazıçılar ittifaqının, Belarusiya jurnalistlər birliyinin  üzvüdür. Belarusiya yazıçılar ittifaqının “Qızıl Qələm” ordeni ilə təltif edilmişdir, fars, dari, türk və rus dillərini bilir.

 

 

Həsənov Həsən   

 

 

Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsində təlimatçı, bölmə müdiri, şöbə müdirinin müavini; Səbayıl Rayon Partiya Komitəsinin Birinci Katibi; Sumqayıt Şəhər Partiya Komitəsinin Birinci Katibi; Gəncə Şəhər Partiya Komitəsinin Birinci Katibi, Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin Katibi və Büro üzvü vəzifələrində çalışmışdır. 1989-1990- cı illərdə İqtisadiyyat üzrə Mərkəzi Komitənin katibi; 1990-1992- ci illərdə Azərbaycan Respublikasının Baş naziri vəzifəsində çalışan H.Həsənov 1992-1998- ci illərdə xarici siyasət və diplomatiya sahəsində işləmişdir. Azərbaycanın ilk Fövqəladə və Səlahiyyətli Səfiri diplomatik dərəcəsi verilmişdir. Nyu-York şəhərində BMT-də Azərbaycanın ilk Daimi Nümayəndəsi; 1993-1998- ci illərdə BMT və YUNESKO, İKT- nın illik toplantılarında Azərbaycan Nümayəndə Heyətinə başçılıq edən H.Həsənov 23 il parlamentin, Müstəqil Azərbaycanın ilk konstitusiyasını hazırlayan Komissiyanın üzvü olmuşdur. 2004- cü ildə Azərbaycan Respublikasının Macarıstandakı Föqəladə və Səlahiyyətli Səfiri, 2010-cu il mart ayının 30-da isə Azərbaycan Respublikasının Polşa Respublikasında Fövqəladə və Səlahiyyətli Səfiri təyin edilmişdir.

                                

 

 Sadıqov Vaqif  

 

Vaqif İsmayıl oğlu Sadıqov 1956-cı il noyabrın 2-də Bakıda anadan olmuşdur. 1978-ci ildə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun ingilis dili fakültəsini bitirmişdir. Filoloji elmlər namizədidir (1986). Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində Beynəlxalq Təşkilatlar idarəsinin birinci katibi, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin hərbi-siyasi məsələlər üzrə şöbə müdiri, Azərbaycan Respublikasının Avstriyadakı Fövqəladə və Səlahiyyətli Səfiri, eləcə də BMT-nin Vyana Bölməsi, BMT-nin Sənayə İnkişafı Təşkilatı, Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, Nüvə Sınaqlarının Hərtərəfli Qadağan Olunması Müqaviləsi üzrə Təşkilatı və Atom Enerjisi üzrə Beynəlxalq Agentlik yanında Azərbaycan Respublikasının daimi nümayəndəsi kimi çalışıb. 2004-cü ildən Azərbaycan Respublikasının Xarici İşlər Nazirinin müavini, 2010-cu ildən 2015-ci ilədək isə Azərbaycan Respublikasının İtaliyada fövqəladə və səlahiyyətli səfiri olub. Hazırda Azərbaycan Respublikasının Cenevrədəki BMT Bölməsində və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi vəzifəsində çalışır.

 

 

Alessandro Fiqus



Professor Alessandro Fiqus 1960-cı ildə İtaliya Respublikasının Genuya şəhərində anadan olmuşdur. Dünyanın bir neçə nüfuzlu universitetlərində, o cümlədən Genuya Universiteti, Link Kampus Universiteti, Koblenz Universiteti, və Paris Sorbonna Universitetində beynəlxalq münasibətlərlə bağlı mühazirələr deyir. Hal-hazırda Alessandro Firgus Moldovanın Beynəlxalq İdarəetmə Universitetində Beynəlxalq əlaqələr üzrə prorektor vəzifəsində çalışır. Beynəlxalq münasibətlər sahəsində çox sayda monoqrafiyaların və məqalələrin müəllifidir.

Allessandro Figus Bakı Avrasiya Universiteti ilə Genuya Universiteti arasında əlaqələrin qurulmasında böyük xidmətləri vardır. O, həmçinin Universitetimiz ilə elm, təhsil və mədəniyyət sahəsində əməkdaşlığın uğurla inkişaf etdirilməsi istiqamətlərindəki xidmətlərinə görə Fəxri Professor adına layiq görülmüşdür.

1949-cu ildə Bakı şəhərində anadan olmuşdur. 1971-ci ildə Bakı Dövlət Universitetini bitirmişdir. Tarix elmləri namizədi, Ali Diplomatiya Kollecinin (indiki Bakı Avrasiya Universiteti) professorudur.  SSRİ MƏR-də Səfirliyinin nəzdində iqtisadi məsələlər müşavirinin tərçüməçisi; Azərbaycan Xarici İşlər Nazirliyində II, I katib, İnformasiya və mətbuat şöbəsinin müdiri; SSRİ YƏR-də səfirliyində attaşe, III katib; Azərbaycan Xarici İşlər Nazirliyinin Konsulluq şöbəsində müdir müavini; SSRİ Xarici İşlər Nazirliyində Diplomatik akademiyanın dinləyicisi; SSRİ-nin YXDR-da səfirliyinin II katibi, I katibi, müşavir; Xarici İşlər Nazirliyinin Avropa, ABŞ və Kanada ölkələri idarəsinin rəisi vəzifələrində çalışmışdır. 2000-2001-ci illərdə Ali Diplomatiya Kollecində (indiki Bakı Avrasiya Universiteti) Beynəlxalq münasibətlər kafedrasında baş müəllim, professor işləmişdir. 2006-2014-cü illərdə isə Azərbaycanın BMT yanında Daimi Nümayəndəsi olub. Hazırda İslam Əməkdaşlıq Təşkilatının Avropa İttifaqı yanında daimi müşahidəçisi kimi fəaliyyət göstərir.