Abituriyentlər üçün informasiya dəstəyi

 

Azərbaycan Respublikasının  ilk özəl ali təhsil müəssisələrindən biri; dövlət qeydiyyatına alınmış, fəaliyyəti lisenziyalaşdırılmış, dövlət akkreditasiyasından  keçmiş, ən nüfuzlu universitetlər sırasında yüksək  təhsil keyfiyyəti  ilə tanınmış ali təhsil ocağı; beynəlxalq təhsil standartlarına uyğun keyfiyyətli ali təhsilin məkanı olan BAAU-da hal-hazırda ali təhsilin bakalavriat, magistratura və doktorantura səviyyələrində kadr hazırlığı aparılır. Hazırda bir çox beynəlxalq təşkilatların üzvü olan BAAU dünyanın 25-dən çox ölkəsinin ali təhsil müəssisələri ilə tələbə, müəllim və təcrübə mübadiləsi sahəsində  əməkdaşlıq edir. Universitet  tələbələri bu müqavilələr çərçivəsində beynəlxalq təhsil proqramlarında iştirak edir və xarici ölkə ali təhsil müəssisələrində təhsilini davam etdirmək imkanı qazanır.

 

Dövlət  hesabına təhsil almaq istəyən abituriyentlərin nəzərinə!

Dövlət sifarişli yerlər üçün müəyyən edilmiş müsabiqə balını toplamış abituriyentlər təhsil almaq istədiyi ixtisaslar üzrə  dövlət sifarişli və ödənişli əsaslarla tələbə qəbulunun birgə aparıldığı yerləri seçib müsabiqədən keçməklə  ödənişsiz olaraq dövlət hesabına təhsil almaq imkanı əldə edir. Mövcud qanunvericiliyə əsasən xüsusi kateqoriyalı təhsilalanların təhsil haqqı müvafiq təsdiqedici sənədlər əsasında dövlət büdcəsi hesabına ödənilir. 

 

Universitetə qəbul edilən tələbələrə yaradılan imkanlar və edilən güzəştlər:

 

- 2017/2018-ci tədris ili üçün tələbə qəbulu elan edilmiş  ixtisaslar üzrə ən sərfəli təhsil haqqı məbləği və ödəniş imkanları;

- zəngin kitabxana, müasir kompyuter texnologiyaları;

- dövlət təhsil standartlarına, beynəlxalq tələblərə, Bolonya prinsiplərinə uyğun, yeni təlim üsulları və innovativ yanaşmaya əsaslanan yüksək  səviyyəli ali təhsil;

- biliyin qiymətləndirilməsinin şəffaf sistemi;

- yataqxana təminatı (bölgələrdən qəbul olunmuş qızlar üçün).

 

Yüksək bal toplayan abituriyentlərin nəzərinə!

Təhsil haqqından güzəştlər: ixtisas seçiminin ilk mərhələsində Universitetimizi seçən, 500 və daha yuxarı bal toplayan tələbələr I kurs üçün illik təhsil haqqı ödəməkdən azad edilir, 400-499 bal toplayan tələbələrə isə I kurs üçün illik təhsil haqqından 30% məbləğində güzəşt edilir.

Təhsil müddətində qazandığı nailiyyətlərə görə illik təhsil haqqından güzəştlər: tədris ilini tam əla qiymətlərlə başa vuran və təhsildə qazandığı xüsusi nailiyyətlərinə görə fərqlənən tələbələrə  müxtəlif  məbləğlərdə təhsil haqqı  güzəştləri tətbiq edilir və Universitetin adlı təqaüdləri verilir.

 

Əziz abituriyentlər! Gələcəyinizin uğurlu təminatı  olan Bakı Avrasiya Universitetini seçməklə sizlər müasir standartlara uyğun təhsil, yüksək səviyyəli  professor-müəllim heyətindən dərs almaq, peşələrin sirlərinə dərindən bələd olmaqla ixtisasa dərindən yiyələnmək, xarici ölkə ali təhsil müəssisələrində təhsilini davam etdirmək, yeni ixtisas qazanmaq və  uğurlu karyera imkanı əldə edə  bilərsiniz. Seçim etməyə tələsin!

 

Abituriyentlər və valideynlər! Qəbulla əlaqədar məlumatları mütəmadi olaraq Universitetin rəsmi saytında (www.baau.edu.az) izləyə bilərsiniz. Sizi maraqlandıran əlavə məlumatlarla bağlı Universitetin Qəbul Komissiyasına həftənin şənbə və bazar günlərindən başqa hər gün saat 10:00-dan etibarən müraciət edə və ya elektron poçtuna (info@baau.edu.az) suallarınızı göndərə bilərsiniz. Biz sizləri operativ olaraq cavablandıracağıq.

 

Ünvan: Bakı şəhəri, N.Nərimanov rayonu, akademik Həsən Əliyev küç. 135 A (5 №-li xəstəxananın arxası)

Telefonlar: (012) 5646367(daxili nömrə 142); (012) 5646365; 012 (5644272), (012) 5646266