- 10 Apr 2025
07 may 2025-ci il tarixində Bakı Avrasiya Universiteti Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “Heydər Əliyev ideyaları və “Konstitusiya və Suverenlik İli”nin sinergiyası” mövzusunda beynəlxalq elmi konfrans keçirəcəkdir.
Konfransın keçirilməsində əsas məqsəd Ümummilli lider Heydər Əliyevin müəllifi olduğu Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinin 30-cu ildönümündə onun bəyan etdiyi niyyətlərdən biri kimi ərazi bütövlüyü və suverenliyimizin tam bərpa olunmasına, Vətən müharibəsində qələbəmizin 5-ci ildönümününə hüquqi, sosial, siyasi, iqtisadi və s. aspektlərdən elmi yanaşmaları ortaya qoymaqdır.
Konfransa təqdim olunmuş və təşkilat komitəsinin müsbət rəy verdiyi məruzələrin mətnləri xüsusi topluda nəşr olunacaqdır. Məruzə mətnlərinin dərc olunması üçün müəlliflərin konfransda iştirak etməsi vacibdir.
Konfransın işçi dilləri: Azərbaycan, türk, ingilis və rus
Xülasələrin qəbulu üçün son tarix: 15 aprel 2025-ci il
Məruzələrin təqdim olunması üçün son tarix: 25 aprel 2025-ci il
Müsabiqədən keçmiş şəxslərin məlumatlandırılması tarixi: 30 aprel 2025-ci il
Məruzə mətnlərinin tərtibinə qoyulan tələblər:
- müəllif(lər)in ORCİD ünvanı, adı, soyadı, ata adı, e-mail ünvanı, təmsil etdiyi ölkə və müəssisənin adı-12 pt, tünd rəngdə, (səhifənin yuxarısında, sağda);
- məruzələrin adı-12 pt, baş hərflərlə, tünd rəng, ortada;
- məruzələrin həcmi-5-8 səhifə, ədəbiyyat siyahısı daxil olmaqla;
- məruzələrin mətni-Times New Roman ,12pt ilə; yuxarıdan -2 sm, aşağıdan-2 sm; sətirlərarası interval-1;
- ədəbiyyata istinadlar mətn daxilində (məs.1, s.15-19) verilir, sonda ədəbiyyat əlifba sırası ilə düzülür və nömrələnmir.
- Açar sözlər - ən azı 4-5 söz
- Türk , rus və ingilis dilində təqdim olunmuş məruzələrə Azərbaycan dilində 50 sözdən xülasə əlavə edilməlidir.
Konfransın təşkilat komitəsinin ünvanı: Bakı şəhəri, Həsən Əliyev küç. 135 A. Bakı Avrasiya Universiteti.
Əlaqə telefonları (+994 12) 564-63-67;
E-mail: ksis@baau.edu.az