- 04 Jul 2022
Bakı Biznes Universitetinin koordinatorluğu ilə icra edilən “Azərbaycan Rektorlar Konfransının yaradılması layihəsi çərçivəsində növbəti toplantı 29 iyun tarixində
Erasmus+ layihəsi çərçivəsində Polşada səfərdə olan BAAU-nun Tədris işləri üzrə prorektoru, dosent Nigar Hüseynova və Beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Səyavuş Qasımov və ölkəmizin bir sıra ali məktəb təmsilçiləri səfər çərçivəsində Polşa Respublikasının Təhsil və Elm Nazirliyində olublar. Onlar Polşanın Təhsil və Elm Nazirinin müavini Tomasz Rzymkowski, Azərbaycanın Polşa Respublikasındakı səfiri Nərgiz Qurbanova və Polşa Rektorlar Konfransının nümayəndələri layihə konsorsiumunun üzvləri ilə görüşüblər. Görüşdə Azərbaycan-Polşa arasında tədris və tədqiqat üzrə əməkdaşlığın daha da inkişaf etdirilməsi, xüsusilə mübadiə imkanlarının artırılması, ortaq layihələrin həyata keçirilməsi məsələləri nəzərdən keçirilmişdir. Nazir müavini Tomasz Rzymkowski çıxış edərək iki dövlət arasında sıx əlaqələrin mövcud olduğunu və uğurla davam etdiyinu vurğulayıb. Nazir müavini həmçinin yeni əməkdaşlıq istiqamətlərinin müzakirəsindən, layihələrin birgə icrasından məmnun olduqlarını qeyd edərək və bunlara dəstək verdiklərini ifadə edib.
Daha sonra səfir Nərgiz Qurbanova Polşada təhsil sahəsində görülən işlərdən və nəzərdə tutulan fəaliyyətlərdən geniş söz açıb. Tədbirdə iştirak edən Azərbaycan Respublikası Təhsil Nazirinin müşaviri Nicat Məmmədli birgə layihələr çərçivəsində Polşa ilə əməkdaşlığın daha da genişləndiyini və Polşa təcrübəsinin öyrənilməsinin faydalı olacağını bildirib.
Layihənin koordinatoru Gülşən Bayramova fəaliyyətlərin uğurla həyata keçirilməsində təcrübə mübadiləsinin əhəmiyyətini xüsusi vurğulayaraq bu istiqamətdə görrülən işlərdən danışıb. O xüsusi olaraq Polşa Rektorlar Konfransının verdiyi töfhələrdən və Polşa universitetləri ilə müxtəlif beynəlxalq layihələrin həyata keçirilməsi imkanlarından edib. Gələcəkdə də bu bu fəaliyyətlərin davam etdiriləcəyini vurğulayıb.
Onu da qeyd edək ki, “Azərbaycan Rektorlar Konfransının yaradılması” Erasmus+ layihəsi Bakı Biznes Universitetinin koordinatorluğu ilə həyata keçirilir.