Xəbərlər

BAAU ilə Brazilyanın Minas Gerais Pontifik Katolik Universiteti arasında əməkdaşlıq məsələləri müzakirə edilib

BAAU ilə Brazilyanın Minas Gerais Pontifik Katolik Universiteti arasında əməkdaşlıq məsələləri müzakirə edilib
  • 15 Jan 2025

Bakı Avrasiya Universiteti (BAAU) ilə Brazilyanın Minas Gerais Pontifik Katolik Universiteti (PUC Minas) arasında əməkdaşlıq imkanları müzakirə edilib. Müzakirə BAAU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru dosent Sevda Rzayeva və PUC Minas Universitetinin professoru Jean Tavares arasında baş tutub.
Görüş zamanı iki universitet arasında müəllim və tələbə mübadiləsi, tədqiqat işlərinin aparılması və ortaq layihələrin həyata keçirilməsi kimi məsələlər müzakirə edilib.
S.Rzayeva BAAU-nun beynəlxalq əməkdaşlıq sahəsindəki uğurları və bu əlaqələrin genişləndirilməsi istiqamətində görülən işlər barədə məlumat verib. J.Tavares PUC Minas Universitetinin beynəlxalq layihələrdə iştirak təcrübəsini paylaşaraq, birgə əməkdaşlıq üçün böyük potensialın olduğunu diqqətə çatdıraraq BAAU ilə əməkdaşlıqda maraqlı olduqlarını bildirib.
Sonda gələcək əməkdaşlığın daha da dərinləşdirilməsi üçün konkret addımların atılmasını və hər iki universitetin rəhbərliyinə bu istiqamətdə təkliflərin təqdim olunmasını qərarlaşdırılıb.

Digər Xəbərlər