Xəbərlər

Tələbələr üçün yeni imkanlar: ixtisasartırma kurslarının təşkili, beynəlxalq kvalifikasiyalar üzrə imtahan və sertifikatlaşma

Tələbələr üçün yeni imkanlar: ixtisasartırma kurslarının təşkili, beynəlxalq kvalifikasiyalar üzrə imtahan və sertifikatlaşma
  • 27 Feb 2023

Fevralın 24-də Bakı Avrasiya Universiteti ilə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən akkreditasiya olunmuş Peşəkar Mühasib Təşkilatı – Professional Maliyyə Menecerləri Assosiasiyası arasında əməkdaşlıq Memorandumu imzalanıb. 

Memorandumun əsas məqsədi tərəflər arasında iqtisadiyyat, maliyyə, mühasibat uçotu və vergi qanunvericiliyi üzrə ixtisas biliklərinin yüksəldilməsi, müxtəlif aktual mövzular üzrə elmi-tədqiqatların aparılması, birgə tədbirlərin, məsləhətləşmə və ekspertizaların keçirilməsi, məlumat mübadiləsi, regional və beynəlxalq əlaqələrin qurulmasına nail olmaq üşün tərəflərin hər birinin peşəkar imkanlarını genişləndirmələri, qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi və möhkəmləndirilməsi istiqamətində öz səylərini birləşdirməkdən ibarətdir.

Əməkdaşlıq Memorandumu beynəlxalq standartlara uyğun yeni yüksək ixtisaslı kadr hazırlığı, peşələr üzrə təlim-tədrisin beynəlxalq standartların tələbləri səviyyəsində qurulması və beynəlxalq standartların həm praktik, həm də nəzəri əsaslarının həyata keçirilməsi, mütəxəssislərin beynəlxalq standartlara uyğunlaşdırılması, tələbələrin beynəlxalq peşəkar qurumlaın müvafiq biznes-tədrisi proqramları üzrə sertifikatlaşması, təcrübə mübadiləsi, habelə, beynəlxalq standartlara cavab verən kadr hazırlığının daim təkmilləşdirilməsi məqsədilə tərəflərin birgə əməkdaşlıq münasibətlərini müəyyən edir.

Memorandumu Bakı Avrasiya Universiteti adından Tədris İşləri üzrə prorektor, dosent Nigar Hüseynova, Professional Maliyyə Menecerləri Assosiasiyası tərfindən sədr Nuriyyə Novruzova imzalayıblar. 

Razılaşmaya əsasən bundan sonra tələbələr üçün müvafiq ixtisas və ya biznes sahələri üzrə ixtisasartırma kurslarının təşkili, beynəlxalq kvalifikasiyalar üzrə imtahan qeydiyyatının aparılması, sertifikatlaşma prosesi və bundan irəli gələn bütün inzibatı işlərin həyata keçirilməsini Professional Maliyyə Menecerləri Assosiasiyası həyata keçirəcək. 

Digər Xəbərlər