Xəbərlər

BAAU-nun tərəfdaş olduğu “Azərbaycan Rektorlar Konfransının Yaradılması” layihəsinin yekun hesabat konfransı keçirilib

BAAU-nun tərəfdaş olduğu “Azərbaycan Rektorlar Konfransının Yaradılması” layihəsinin yekun hesabat konfransı keçirilib
  • 27 Jun 2024

Bakı Avrasiya Universitetinin tərəfdaş olduğu “Azərbaycan Rektorlar Konfransının Yaradılması” adlı Erasmus+ layihəsinin yekun hesabat konfransı keçirilib. Konfransda Bakı Avrasiya Universitetini Elmi işlər üzrə prorektor, prof. Gülzar İbrahimova, Beynəlxalq əlaqələr üzrə prorektor, dos. Səyavuş Qasımov, Tərcümə kafedrasının müdiri, dos. Sevda Rzayeva təmsil ediblər.

Elm və Təhsil nazirinin müşaviri Nicat Məmmədli, Elm və Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova, layihənin Azərbaycan və Avropadan olan tərəfdaşlarının çıxışlarında ECAR layihəsi ali təhsil müəssisələrinin beynəlxalq miqyasda rəqabət qabiliyyətinin gücləndirilməsi və təcrübələrin operativ şəkildə mübadilə edilməsi baxımından yüksək qiymətləndirilib. Bildirilib ki, layihənin əsas məqsədi Azərbaycan ali təhsil müəssisələri arasında şəbəkələşmə və əməkdaşlığın inkişaf etdirilməsi olub. “Azərbaycan Rektorlar Konfransının Yaradılması” layihəsinin 2020-ci ildə 16 həlledici səs hüququna malik yerli ali təhsil müəssisəsinin iştirakı ilə fəaliyyətə başladığı, 2024-cü ilə qədər sayı 21-ə çatdığı qeyd edilib.

Konfransın hesabat-təqdimatlarında ECAR layihəsinin yazılması zərurəti, mövcud olan ehtiyaclar, layihənin əsas məqsədi və hədəfləri, layihənin icra mərhələləri, o cümlədən layihə çərçivəsində fəaliyyət göstərən pilot komitələr haqqında geniş məlumat verilib. Hesabat-təqimatdan sonra layihənin yekun nəticəsi hesab edilən layihə konsorsiumunun üzvü olan 21 universitet tərəfindən imzalanmış tərəfdaşlıq sazişinin təqdim edilməsi mərasimi keçirilib.

Yekunda layihənin Avropadan olan tərəfdaşları – Lissabon Texniki Universitetindən insan resursları üzrə direktor Rui Mendes, Fransanın Beynəlxalq Təhsil Təşkilatından ali təhsil şöbəsinin rəhbəri Fatou Estule, Belçikanın EFMD akkreditasiya təşkilatının beynəlxalq layihələr üzrə direktoru Christophe Terrase və İsveçin Kral Texnologiya Universitetinin layihə meneceri Viktor Kordas ECAR barəsində öz təəssüratlarını bölüşərək, layihənin uğurla yekunlaşmasından məmnun olduqlarını bildiriblər.

BAAU-nun tərəfdaş olduğu “Azərbaycan Rektorlar Konfransının Yaradılması” layihəsinin yekun hesabat konfransı keçirilib

Digər Xəbərlər