- 10 Feb 2025
Bakı Avrasiya Universitetinin (BAAU) İnnovasiya sektorunun təşkilatçılığı ilə “Akademik jurnallar aləminə səyahət: Nələri bilməli?” mövzusunda məlumatlandırıcı seminar keçirilib. "Google Meet" platforması üzərindən onlayn formatda təşkil olunan seminarda universitetin akademik-inzibati heyəti, tələbə və magistrantları iştirak ediblər.
Tədbirdə tədqiqatçı və sosioloq İnqilab Şahbazov akademik nəşrlərin mahiyyəti, elmi jurnallara məqalələrin təqdim edilməsi prosesi, impakt faktorlu jurnallara çıxış yolları və elmi araşdırmaların keyfiyyət göstəriciləri haqqında ətraflı məlumat verib. O, həmçinin akademik etik qaydalar, plagiatın qarşısının alınması və beynəlxalq elmi bazalara daxil olmağın əhəmiyyəti barədə iştirakçılarla öz təcrübəsini bölüşüb.
Seminar müzakirələrlə davam edib və iştirakçıları maraqlandıran sualların cavablandırılması ilə yekunlaşıb.