Xəbərlər

BAAU tələbələri “Qoşulmama Hərəkatı Gənclər Təşkilatında Birlik mozaikası: Afrika Gününün qeyd edilməsi” adlı tədbirdə

BAAU tələbələri “Qoşulmama Hərəkatı Gənclər Təşkilatında Birlik mozaikası: Afrika Gününün qeyd edilməsi” adlı tədbirdə
  • 31 May 2024

Qoşulmama Hərəkatı Gənclər Təşkilatının (QHGT) təşəbbüsü ilə təşkilatın mənzil-qərargahında Afrika gününə həsr olunmuş mədəni mübadilə tədbiri keçirilib. Qoşulmama Hərəkatına (QH) üzv dövlətlərin gəncləri arasında mədəni həmrəyliyi və müxtəlifliyi təşviq etmək məqsədi daşıyan tədbirdə Bakı Avrasiya Universitetinin əcnəbi tələbələri Vilson Alade, Ekene Emmanuel Ukva da iştirak edib. BAAU-nun afrikalı tələbələri Afrika Gününün əhəmiyyəti və Afrika qitəsinin zəngin mədəni irsi haqqında müxtəlif təqdimatlar, mahnı və rəqslər, həmçinin iştirakçıları milli mətbəx nümunələri ilə tanış etdiblər.

Mədəni mübadilə tədbirində sual-cavab xarakterli oyunların qalibi olan iştirakçılara QHGT-nin hədiyyələr təqdim edilib

Digər Xəbərlər