Xəbərlər

“Beynəlxalq Mövzulu Film Gecəsi” layihəsi təşkil olunub

“Beynəlxalq Mövzulu Film Gecəsi” layihəsi təşkil olunub
  • 30 Mar 2024

Bakı Avrasiya Universiteti (BAAU) və Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Tələbə Gənclər Təşkilatlarının (TGT) əməkdaşlığı ilə 30 mart 2024-cü il tarixində “Beynəlxalq Mövzulu Film Gecəsi” layihəsi təşkil olunub.
Film Gecəsində yazar Dan Mazeau`nun yazmış olduğu və rejissor Juan Carlos Fresnadillo tərəfindən 2024-cü ildə çəkilmiş amerikan qaranlıq fantastika filmi “Damsel” nümayiş etdirilib. 
DAMSEL filmi 8 Mart 2024-cü il tarixində izləyiciyə təqdim edilib və "Qadınların uğurlu olması üçün krallara ehtiyacı yoxdur", "Nağıllardan uzaq bir fantastika filmi" kimi önəmli, fərqindəlik yaradacaq fikirlərlə çəkilib.
Qeyd: Layihə "ÇƏTİR" proqramı çərçivəsində həyata keçirilib.

Digər Xəbərlər