Xəbərlər

Hüseyn Əliyev “Şuşa həqiqətləri”

Hüseyn Əliyev “Şuşa həqiqətləri”
  • 19 May 2022

19 may 2022-ci il tarixində Bakı Avrasiya Universitetinin Konfrans zalında “Şuşa ili” ilə bağlı tədbirlər silsiləsindən “Humanitar fənlər və regionşünaslıq” kafedrasıının təşkilatçılığı ilə əcnəbi tələbələr üçün “Şuşa həqiqətləri” adlı təqdimat təşkil edildi. Təqdimatı kafedranın gənc müəllimi Hüseyn Əliyev hazırlamışdı. Təqdimatda Universitetin rəhbər heyəti, müəllim kollektivi, beynəlxalq əlaqələr üzrə əməkdaşları və əcnəbi tələbələr iştirak edirdi.

Tədbirin açılışını kafedranın müəllimi Hüseyn Əliyev etdi. İştirakçılara  göstərdikləri maraq üçün təşəkkür etdi. İlk öncə, videoçarxın müşayiəti ilə Şuşanın tarixi, onun Azərbaycan xalqı üçün önəmi və Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsi haqqında iştirakçılara məlumat verildi. Şuşanın coğrafi mövqeyi daha geniş şəkildə xəritələrlə nümayiş etdirildi. Dünyanın bir çox görkəmli şəxsiyyətlərinin Şuşa haqqında dedikləri fikirlər tələbələrə çatdırıldı. “Şuşa” adının etnik mənşəyi haqqında məlumat verildi. Qarabağ xanı Pənahəli xan tərəfindən Qafqaz dağlarının qərbində, şiş qayalıqların üzərində Şuşa şəhərinin tikilməsinə dair məlumatlar verildi. Şuşaya gələn tacir və qonaqların bu şəhərə heyran qaldığı və dahi şəxsiyyət Corc Keplin Şuşanın türk torpağı olduğu barədə söylədiyi fikirlər auditoriyanın diqqətinə çatdırıldı. 

Müəllif Şuşada doğulmuş görkəmli şəxsiyyətlər, alimlər, musiqi xadimləri barədə danışdı. Şuşanın işğalı dövründə çəkilmiş və erməni vandalizminin əyani sübutu olan şəkillər iştirakçılara nümayiş etdirildi və işğaldan sonrakı dövrdə Şuşanın bərpası işləri haqqında məlumatlar verildi. Şuşanın mədəniyyət və tolerantlıq mərkəzi olduğu diqqətə çatdırıldı. Aşağı və Yuxarı Gövhərağa məscidlərinin şəkilləri nümayiş etdirildi, tikilmə tarixləri haqqında danışıldı. Cıdır düzündən, burada baş vermiş hadisələrdən bəhs edildi. 

Çıxış zamanı Ümummilli lider Heydər Əliyevin Azərbaycan SSR-ə rəhbərliyi dövründə Şuşaya olan diqqətindən bəhs edildi. Ermənilərin Qarabağ, xüsusilə də Şuşa ilə bağlı olan iddialarının əsassızlığı diqqətə çatdırıldı. İştirakçılara Ermənistanın Qarabağ əhalisinə qarşı törətdiyi etnik təmizləmə siyasəti haqda məlumat verildi. Eyni zamanda müstəqillik illərində Qarabağda baş verən hadisələr iştirakçıların diqqətinə çatdırıldı. Qarabağın işğal olunmuş rayonları və işğal dövründə erməni silahlı qüvvələri tərəfindən vəhşicəsinə qətlə yetirilən və itkin düşmüş şəxslər, erməni terroru, həmçinin məcburi köçkünlərin taleyi barədə söz açıldı. 

Yekunda, 2020-ci ilin 27 sentyabr tarixində başlayan Böyük vətən müharibəsi dövründə 44 gün ərzində qazanılan şanlı qələbədən bəhs edildi və post-münaqişə dövründə cənab Prezident İlham Əliyevin rəhbərliyi altında son iki ildə görülən işlər haqqında iştirakçılara məlumat verildi.

Sonda müəllim Hüseyn Əliyev iştirakçılara diqqətə və iştiraka görə minnətdarlığını bildirdi və tədbirə yekun vurdu. 

Digər Xəbərlər