Xəbərlər

Bakı Avrasiya Universitetində “Zəfər Günü” qeyd edilib

Bakı Avrasiya Universitetində “Zəfər Günü” qeyd edilib
  • 06 Nov 2022

Bakı Avrasiya Universitetində 8 Noyabr Zəfər Günü münasibətilə tədbir keçirilib. Vətən müharibəsi iştirakçılarının, şəhid ailələrinin, qazilərin, ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirdə Dövlət Himni səsləndirilib, ərazi bütövlüyümüz uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə baş tutan tədbirdə Şəhid ailələri, ictimaiyyət nümayəndələri, qazilər, Vətən Müharibəsi qəhrəmanları iştirak ediblər.

Tədbiri açıq elan edən rektorun köməkçisi Şəfayət Əliyev qonaqları salamlayaraq rektor, prof.Nazim Hüseynlinin təbriklərini çatdırıb, 8 Noyabr tarixinin Zəfər Günü kimi təntənəli səkildə qeyd edilməsindən qürür duyduqlarını, eyni zamanda hərbçilərimizin cəsarətindən, qəhrəmanlığından bəhs edib.

Daha sonra natiqlər Sentyabrın 27-dən başlayan, 44 gün davam edən və Dağlıq Qarabağ da daxil olmaqla işğal altındakı ərazilərimizin qaytarılması ilə nəticələnən Vətən Müharibəsinin parlaq səhifələrindən, həmin günün Azərbaycan xalqının iftixar və qürur gününə çevrilməsindən, xalqımızın mübarizliyindən danışıblar.

Tədbir konsert proqramı ilə davam edib.

Digər Xəbərlər