Xəbərlər

Bakı Avrasiya Universitetində “Problemli davranışların həll yolları” müzakirə edilib

Bakı Avrasiya Universitetində “Problemli davranışların həll yolları”  müzakirə edilib
  • 16 Oct 2022

Bakı Avrasiya Universitetində Nərimanov Rayon Gənclər və İdman İdarəsinin və "PM Akademiya" Psixoloji Xidmət və Uşaq İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə “Problemli davranışların həll yolları”  mövzusunda  təlim keçirilib.

Təlimdə Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, Bakı Avrasiya Universitetinin Regionşunaslıq və iqtisadiyyat fakültəsinin dekanı, fəlsəfə doktoru, dosent Mütəllim Rəhimov, “PM Akademiya” Psixoloji Xidmət və Uşaq İnkişaf Mərkəzinin ümumi sektorun rəhbəri Ümidə Səfərova, psixoloq, ABA mütəxəssisi Günay Adıgözəlova, Bakı Avrasiya Universitetinin Tələbə-Gənclər Təşkilatının sədri Fidan Əzizova, Azərbaycan Dillər Universitetinin Tələbə-Gənclər Təşkilatının sədri Elşən Hüseynov və Bakı Avrasiya Universitetinin fəal tələbələri iştirak ediblər.

Çıxışlar zamanı qeyd olunub ki, hər gün bir çox problem həyatımıza dərindən təsir edir. Belə bir vəziyyətdə bizim arzumuz problemin dərhal aradan qaldırılmasıdır. Ancaq bu istək təkbaşına kifayət etmir. Böyümə tərzimiz və fərdi inkişafımız problemlərin həlli nöqtəsində son dərəcə vacibdir. Problem əsaslı öyrənmə, problemin həllini gətirdiyi üçün yüksək səviyyəli zehni bacarıqlar tələb edən öyrənmə nəzəriyyəsidir. Həm öyrənmə məhsulu, həm də proses vacibdir. Bu, induktiv və deduktiv üsullardan birlikdə istifadə etməyə imkan verir.

Sonda tələbələri maraqlandırılan suallar psixoloq tərəfindən cavablandırılıb.

Digər Xəbərlər