Abituriyent və subbakalavrların qəbulu

Bakı Avrasiya Universiteti

2023/2024-cü tədris ilində bakalavriat səviyyəsinə qəbul olmuş abituriyent və subbakalavrların qeydiyyatı

Qeydiyyat 05 sentyabr 2023-ci il tarixdən 14 sentyabr 2023-ci il tarixədək aparılır. 

Qeydiyyat üçün https://portal.edu.az/ platformasında qeydiyyatdan keçmək, yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçmək lazımdır.

QEYDİYYAT ÜÇÜN SƏNƏDLƏRİN  SİYAHISI

01 Təhsil haqqında sənədin (orta təhsili bitirənlər üçün  tam orta təhsil haqqında attestat, orta ixtisas və ya ali təhsil müəssisələrini bitirənlər üçün diplom) əsli
02 Şəxsiyyət vəsiqəsinin surəti (əcnəbilər: şəxsi pasport və ya icazə vəsiqəsi; vətəndaşlığı olmayan şəxslər: şəxsiyyət vəsiqəsi və ya icazə vəsiqəsi)
03 Anket
04 3×4 ölçüdə 4 ədəd rəngli fotoşəkil
05 Hərbi bilet və ya çağırış məntəqəsinə təhkim edilmə haqqında vəsiqənin surəti
06 Sağlamlıq haqqında arayış
07 Təhsil haqqı ödənişi qəbzi

Siyahıda qeyd edilmiş 01, 05, 07-ci  nömrəli sənədlər   (tam orta təhsil haqqında attestat, orta ixtisas və ya ali təhsil müəssisələrini bitirənlər üçün diplom; hərbi bilet, yaxud çağırış məntəqəsinə təhkim edilmə haqqında vəsiqəsi;  təhsil haqqı ödənişi qəbzi) https://portal.edu.az/ platformasında  qeydiyyatdan keçərkən “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” sistemində yüklənməlidir. Sənədlərin əsli 15 sentyabr 2023-cü il tarixdə Universitetin Qeydiyyat ofisinə verilməlidir.  

İllik təhsil haqqı qeydiyyat zamanı tam ödənilməlidir. 

Təhsil haqqı ödənişi üçün Universitetin bank hesab nömrəsi
Bakı Avrasiya Universiteti
Ünvan: Akademik H.Əliyev 135 A
VÖEN: 1500008331
Kapital Bank ASC-in Cəfər Cabbarlı filialı
Bankın VÖEN-i: 9900003611
Kod: 200048
H/H :AZ22AIIB38030019441100326104
M/H: AZ37NABZ01350100000000001944
S.W.İ.F.T. BİK AIIBAZ2X

Qeyd 1. : Təhsil haqqı ödənilərkən ödənişin təyinatında tələbənin FİN kodu, soyadı, adı və ata adı, qəbul olduğu ixtisas göstərilməlidir. 

Qeyd 2: Ödəniş Kapital bank filialları və terminalları vasitəsilə edilməlidir. 


Əlavə suallarla bağlı Universitetin Qəbul Komissiyasına müraciət edə bilərsiniz:
Əlaqə nömrələri:

Filologiya və Tərcümə ixtisaslarına qəbul olanlar üçün: 099 820 33 63 (whatsapp)

İqtisadiyyat yönümlü ixtisaslara qəbul olanlar üçün üçün: 099 820 33 53 (whatsapp)

Regionşünaslıq, Dövlət və bələdiyyə idarəetməsi, İnformasiya texnologiyaları, Turizm işinin təşkili, Sosial iş ixtisaslarına qəbul olanlar üçün: 099 820 33 43 (whatsapp)

Ünvan: Bakı şəhəri, akademik Həsən Əliyev küç. 135 A
* Nəzərinizə çatdırırıq ki, qeydiyyat prosesi zamanı bütün istiqamətlərdə operativ dəstək göstərilməsi üçün  whatsapp nömrəsi sentyabrın 4-dən etibarən aktiv olacaqdır. Yaranan sualların cavablandırılması üçün Universitetin dekanları və məsləhətçilər dəstək olacaqlar.  



Təhsil haqqından azadolmalar və güzəştlər

1. Dövlət büdcəsi hesabına:

1.1. Valideyn himayəsindən məhrum olanlar;

1.2.  Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların övladları; Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə “Müharibə veteranı” adı almış şəxslər;

1.3. I və II dərəcə əlilliyi olan şəxslər, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar sırasından tələbələr;

 

 2. Universitet hesabına

2.1. Müsabiqənin ilk mərhələsində Universiteti seçən, 500 və daha yuxarı bal toplayanlar I kurs üçün illik təhsil haqqından tam azad olunur;

2.2.Müsabiqənin ilk mərhələsində Universiteti seçən, 400-499 bal toplayanlara I kurs üçün illik təhsil haqqından 30% məbləğində güzəşt olunur;

2.3. Bir ailənin 2 və daha çox övladı Universitetə qəbul olunduqda, qəbul olanların hər birinə illik təhsil haqqından 200 (iki yüz) manat məbləğində güzəşt olunur (bu imtiyaz qəbul olanların eyni müddətdə təhsil aldıqları növbəti tədris illərinə də şamil olunur).