Mətbuat xidməti

Mətbuat xidməti

Bakı Avrasiya Universitetinin mətbuat xidməti ictimaiyyətlə və kütləvi informasiya vasitələri ilə əlaqələri, rəsmi internet səhifəsi, sosial şəbəkələrdə, səhifələr və video-hostinqlərdəki kanallar vasitəsilə analitik informasiya sahəsində işləri təşkil edir, ictimaiyyətin məlumatlandırılmasını, universitetin  informasiya təhlükəsizliyinin təmin edilməsini həyata keçirir.

 Xidmət öz vəzifələrini yerinə yetirərkən universitetin  struktur bölmələri, təhsil sahəsində fəaliyyət göstərən dövlət müəssisələri, eləcə də mərkəzi və yerli icra hakimiyyəti, yerli özünüidarəetmə orqanları və qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

 1.Mətbuat xidmətinin fəaliyyət istiqamətləri aşağıdakılardır

  • İctimaiyyətlə və KİV-lə əlaqələr sahəsində işlərin təşkili, tənzimlənməsi və təkmilləşdirilməsini təmin etmək
  • Universitetin fəaliyyətinin KİV-də işıqlandırılmasını və bununla bağlı zəruri tədbirlərin görülməsini təmin etmək;
  • Təhsil sahəsinə dair analitik təhlillərin aparılmasını təmin etmək; 

2. Xidmətin vəzifələri

  • Universitetin ictimaiyyətlə və KİV-lə əlaqələr sahəsində strateji və cari planlarını hazırlayır və həyata keçirir;
  • Ölkədə həyata keçirilən təhsil siyasətini, universitetin fəaliyyət  istiqamətlərini, nəticələr və yeniliklər barədə ictimaiyyətə,Kütləvi İnformasiya Vasitələrinə,eləcə də universitetin  rəsmi internet səhifəsi, sosial şəbəkələrdəki səhifələr və digər vasitələrlə məlumat verir;
  • Universitetin fəaliyyəti ilə bağlı zəruri yenilikləri  rəsmi internet səhifəsində yerləşdirilməsini, rəsmi internet səhifəsinin, sosial şəbəkələrdəki səhifələrinin idarə edilməsini və təkmilləşdirilməsini təmin edir, səhifələrdəki məlumatların aktuallığını nəzarətdə saxlayır;
  • Universitetin rəsmi internet səhifəsinin, sosial şəbəkələrdəki rəsmi səhifələrinin istifadəçiləri ilə universitet  arasında qarşılıqlı əlaqəni, sayt və digər əlaqə vasitələri ilə daxil olan müraciətlərin müəyyən edilmiş qaydada baxılması və ya cavablandırılması üçün aidiyyəti üzrə göndərilməsini təmin edir;
  • Universitetdə tədbirlərin,konfransların,beynəlxalq əlaqələrinin fəaliyyətinə dair press-relizlər, bəyanatlar hazırlayır və ictimaiyyətə çatdırır;
  • İnformasiya sorğularını qanunvericilikdə nəzərdə tutulmuş qaydada cavablandırır;
  • Müvafiq struktur bölmələri ilə birlikdə rektorun və universitetin digər rəhbər vəzifəli şəxslərinin mətbuat konfranslarını və brifinqlərini təşkil edir;
  • Rektorun və universitetin digər rəhbər vəzifəli şəxslərinin KİV-də çıxışlarının, məqalələrinin, müsahibələrinin hazırlanmasını təmin edir;;
  • Rektorun və universitetin digər rəhbər vəzifəli şəxslərinin rəsmi və işgüzar xarakterli səfər və görüşlərinin informasiya təminatını təşkil edir;
  • Universitet tərəfindən keçirilən tədbirlərdə KİV nümayəndələrinin iştirakını təmin edir;
  • Universitetin fəaliyyətinə dair video və foto materialların arxivini təşkil edir;