Bakı Avrasiya Universiteti (BAAU) 2022/2023-cü tədris ilində aşağıdakı ixtisaslar üzrə təkrar ali təhsil almaq üçün sənəd qəbulu elan edir:
Ixtisaslar | Təhsilalma forması |
---|---|
Beynəlxalq münasibətlər | əyani |
Biznesin idarə edilməsi | əyani/qiyabi |
Dövlət və bələdiyyə isadəetməsi | əyani |
İqtisadiyyat | əyani/qiyabi |
Maliyyə | əyani |
Marketinq | əyani/qiyabi |
Mühasibat | əyani |
İnformasiya texnologiyaları | əyani |
İngilis dili və ədəbiyyatı | əyani/qiyabi |
Sosial iş | əyani |
Turizm və otelçilik | əyani |
Təkrar ali təhsil yalnız ödənişli əsaslarla, əyani və qiyabi təhsilalma forması üzrə həyata keçirilir. Tədris Azərbaycan dilində aparılır. İllik təhsil haqqı 2000 (iki min) manatdır.
Təkrar ali təhsil müvafiq ixtisas üzrə bakalavr (yaxud ona bərabər tutulan) səviyyəsi üçün mövcud olan təhsil proqramlarındakı ümumi və ixtisas fənləri bölümlərini əhatə edir, tələbənin əvvəlcə aldığı təhsil proqramı ilə yeni ixtisasın təhsil proqramı arasındakı fərq nəzərə alınmaqla, xüsusi hazırlanmış təhsil proqramları əsasında aparılır. Əvvəl aldığı ixtisasın təhsil proqramında öyrənilmiş fənlərin məzmunu yeni almaq istədiyi əlavə ixtisasın təhsil proqramına daxil olan hər hansı fənnin məzmununa uyğun olduqda, tələbə həmin fənlər üzrə məşğələlərdən və attestasiyadan azad olunur.
Əlavə təhsil almaq istəyən şəxslər aşağıdakı sənədləri təqdim etməlidirlər:
1993-cü ildən sonra xarici ölkə ali təhsil müəssisələrindən məzun olanlar aldıqları ixtisasların Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyi barədə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən verilmiş şəhadətnamə təqdim etməlidirlər.
Sənədlər 2022-ci il avqust ayının 10-dan 30-dək (şənbə və bazar günləri istisna olmaqla) saat 10.00-dan 17.00-dək qəbul edilir.
Təkrar ali təhsil almaq üçün Universitetə sənəd vermiş şəxslərlə müsahibə təşkil edilir. Müsahibəni uğurla keçənlər təkrar ali təhsil almaq hüququ qazanır. Təkrar ali təhsil müəssisə, təşkilat, idarə və ayrı-ayrı vətəndaşlarla Bakı Avrasiya Universiteti arasında bağlanılmış fərdi müqavilələr əsasında həyata keçirilir.
Təhsilini müvəffəqiyyətlə başa vuranlara müvafiq ixtisas üzrə bakalavr peşə-ixtisas dərəcəsi və ali təhsil haqqında dövlət nümunəli bakalavr diplomu verilir.
Ünvan: Bakı şəhəri, Akademik Həsən Əliyev küç., 135 A
Əlaqə telefonları: +994 12 564 63 67 (iş) , daxili nömrə 109, məsul şəxs: Nicat İsmayılov, mob.: +994 50 (51) 429 48 29
Elektron poçt: [email protected]