Bakı Avrasiya Universitetində Tələbə Gənclər Təşkilatı 2007-ci ildən fəaliyyət göstərir. Tələbə Gənclər Təşkilatı təhsil alan gənclərin ümumi maraqlarını və könüllülük prinsiplərini rəhbər tutaraq, onların təhsil müəssisəsinin ictimai həyatında fəallığını artırmaq, hüquqlarının müdafiəsini, maraqlarını, asudə vaxtının səmərəli təşkilini, maraq və meyllərini, intellektual inkişaflarını təmin etmək, habelə qruplar və fakültələr arasında sıx əlaqələr yaratmaq məqsədi ilə təsis edilib. Təşkilat Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına, Gənclər və İdman Nazirliyinin, Təhsil Nazirliyinin qərar, əmr və tövsiyələrinə, ali və orta ixtisas təhsili müəssisələrinin nizamnamələrinə uyğun olaraq fəaliyyət göstərir. Təşkilat təhsillə və tələbələrin problemləri ilə bağlı məsələlərin operativ həllinə nail olmaq üçün dövlət orqanları, qeyri-hökumət və beynəlxalq təşkilatlarla qarşılıqlı əlaqədə fəaliyyət göstərir. Təşkilat ali və orta ixtisas təhsili müəssisələrində tələbələrin ümumi maraqlarına və könüllülük prinsiplərinə əsaslanan müstəqil tələbə-gənclər təşkilatıdır.
Təşkilatın fəaliyyətində əsas məqsəd dövlət gənclər siyasətinin həyata keçirilməsi istiqamətində tələbələrin maraqlarını təmsil və müdafiə etmək, respublikanın ictimai-siyasi, mədəni, sosial, iqtisadi həyatında onların fəal iştirakını təmin etməkdir.
1.1. TEC-in əsas məqsədi ali təhsilli mütəxəssislərin hazırlanmasının keyfiyyətinin yüksəldilməsinə yönəldilmiş elmi-təşkilati tədbirlərin həyata keçirilməsi, elmi-texniki potensialın qorunub saxlanılması və təhsilalanların elmi tədqiqat fəaliyyətinin yeni sosialiqtisadi şəraitə uyğunlaşdırılmasında ali təhsil müəssisələrinin işinə kömək etməkdən ibarətdir.
1.2. TEC-in vəzifələri aşağıdakılardır:
1.2.1. tələbələrin elmi tədqiqat fəaliyyətinə cəlb edilməsi və bu fəaliyyətin təşkil olunması;
1.2.2. elm, təhsil və təcrübənin vəhdəti prinsipinə əsaslanaraq tələbələr arasında elmi yaradıcılığın müxtəlif formalarının təbliğ edilməsi, həmin formalara və fundamental tədqiqatların aparılmasına gənclərin marağının artırılmasına köməklik göstərilməsi;
1.2.3. tələbələrdə tədqiqatçılıq fəaliyyətinə və elmi metodların öyrənilməsinə motivasiyanın yaradılması, tədris materiallarının dərindən və yaradıcı şəkildə mənimsənilməsinə köməklik göstərilməsi;
1.2.4. tədqiqatçılıq fəaliyyətinin köməyi ilə tələbələrdə seçilən peşəyə yaradıcı münasibətin formalaşdırılması;
1.2.5. tələbələrə elmi-texniki və iqtisadi məsələlərin müstəqil həlli yollarının üsul və vasitələrinin öyrədilməsi;
1.2.6. istedadlı gənclərin məqsədyönlü şəkildə elmi tədqiqat və elmi-təşkilati işinə, yüksək texnologiyaların mənimsənilməsinə cəlb edilməsi;
1.2.7. elmi və elmi-pedaqoji kadr hazırlığı sistemi üçün perspektivli gənclərin seçilməsi və onların tədqiqatçılıq fəaliyyətinə hazırlanması;
1.2.8. digər ali təhsil müəssisələrinin TEC-ləri ilə əməkdaşlığın həyata keçirilməsi, tələbə elmi tədqiqat işinin təşkilinə dair mütərəqqi müasir forma və metodların tələbələrin elmi tədqiqat işinə (bundan sonra –TETİ) tətbiq edilməsi;
1.2.9. müxtəlif səviyyəli tədbirlərin - elmi seminar və konfranslar, tələbə elmi işlərinə, habelə kurs, buraxılış, dissertasiya işlərinə baxış müsabiqələri, müxtəlif ixtisas və fənlər üzrə olimpiadalar, diskussiya klubları, simpoziumlar, tanınmış alimlərin seminar və mühazirələrinin dinlənilməsi və s. tədbirlərin təşkili və keçirilməsində tələbələrin iştirakının təmin edilməsi;
1.2. 10. tələbələrin elmi tədqiqat işlərinin nəşrə hazırlanması;
1.2.11. innovasiya biznesi və sahibkarlıq vərdişlərinin formalaşması məqsədilə tələbələrin innovasiya fəaliyyətinə cəlb edilməsinə köməklik göstərilməsi;
2.2.12. tələbələrin elmi mərkəzlər, texnoparklar, ideya inkubatoru və s. müəssisələrdə aparılan işlərə (o cümlədən ödənişli) cəlb edilməsi;
2.2.13. ali məktəbdaxili və ali məktəbdənkənar elmi tədbirlər haqqında məlumatların toplanılması, yayılması və ali təhsil müəssisəsinin internet səhifəsində yerləşdirilməsinin təşkil edilməsi.
TEC-in sədri: Zəhra Şaban qızı Rəsulzadə (böyük laborant)
Əmək fəaliyyəti:
2021.BAAU üzrə Nərimanov rayon Əraziya Partiya Təşkilatının sədr müavini
2021.Bakı Avrasiya Universiteti-“Ümumi filologiya” kafedrası. Böyük laborant
2020.BAAU Tələbə Elmi Cəmiyyətinin sədri
2017-2019.BAAU Tgt. Elm və Təhsil klubu sədri
2009-2012.Azərbaycan Televiziyası. Mən də uşaq olmuşam verilişində aparıcı
2004-2006.Azərbaycan Televiziyası. “Cəsurlar və Çeviklər”, “Sehrli güzgü” uşaq verilişlərində aparıcı