[email protected] (99412) 5646367, 5646266
Qeydiyyat

2021/2022-ci tədris ilində bakalavriat səviyyəsinə qəbul olmuş abituriyent və subbakalavrların qeydiyyatı

Sənədlər 07 sentyabr 2021-ci il tarixdən 20 sentyabr 2021-ci il tarixədək onlayn qəbul edilir . Qeydiyyat üçün https://portal.edu.az/ platformasında qeydiyyatdan keçmək, yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçmək lazımdır.

Qeydiyyat üçün təıəb olunan sənədlərin SİYAHISI

01 Tam orta təhsil haqqında attestatın (orta ixtisas və ya ali təhsil müəssisələrini bitirənlər üçün diplom) əsli
02 Şəxsiyyət vəsiqəsinin surəti (əcnəbilər: şəxsi pasport və ya icazə vəsiqəsi; vətəndaşlığı olmayan şəxslər: şəxsiyyət vəsiqəsi və ya icazə vəsiqəsi)
03 Anket
04 3×4 ölçüdə 4 ədəd fotoşəkil
05 Hərbi bilet və ya çağırış məntəqəsinə təhkim edilmə haqqında vəsiqənin surəti
06 Yaşayış yerindən arayış
07 Sağlamlıq haqqında arayış
08 DİM müsabiqəsinin nəticələri
09 Şəxsi kabinetin istifadəçi adı (FİN), iş nömrəsi, parol
10 Təhsil haqqı ödənişi qəbzi
11 Peyvənd sertifikatının (İmmunitet, yaxud əks göstəriş sertifikatı olduqda isə həmin sənədlərin) surəti

Qeyd 1. Onlayn qeydiyyat zamanı tələb olan sənədlər “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətində müəyyən edilmiş qaydada yüklənməli, tələbənin şəxsi işi (yuxarıda göstərilən siyahısı üzrə sənədlər) isə Universitetin Qeydiyyat ofisinə təqdim edilməlidir.

Təhsil haqqı ödənişi üçün Universitetin bank hesab nömrəsi
Bakı Avrasiya Universiteti
Ünvan: Akademik H.Əliyev 135 A
VÖEN: 1500008331
Kapital Bank ASC-in Cəfər Cabbarlı filialı
Bankın VÖEN-i: 9900003611
Kod: 200048
H/H :AZ22AIIB38030019441100326104
M/H: AZ37NABZ01350100000000001944
S.W.İ.F.T. BİK AIIBAZ2X

Qeyd 2. : Ödənişin təyinatında tələbənin soyadı, adı və ata adı, qəbul olduğu ixtisas hökmən göstərilməlidir.


Əlavə suallarla bağlı Universitetin Qəbul Komissiyasına müraciət edə bilərsiniz:
Ünvan: Bakı şəhəri, akademik Həsən Əliyev küç. 135 A
Əlaqə tel.: +994 12 564 62 66, mob.: +994 55 429 48 29 (Nicat İsmayılov)
Onlayn müraciət üçün : [email protected] (Filologiya (Azərbaycan dili və ədəbiyyatı; türk dili və ədəbiyyatı; ingilis dili və ədəbiyyatı); Tərcümə (ingilis, alman, fransız və ərəb dilləri) ixtisaslarına qəbul olanlar üçün)
[email protected]; [email protected] (digər ixtisaslar üzrə qəbul olanlar üçün)



Təhsil haqqından azadolmalar və güzəştlər

1. Dövlət büdcəsi hesabına:
1.1. Valideyn himayəsindən məhrum olanlar;
1.2. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların uşaqları olan tələbələr;
1.3. I və II dərəcə əlilliyi olan şəxslər, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar sırasından tələbələr;

2. Universitet hesabına
2.1. Müsabiqənin ilk mərhələsində Universiteti seçən, 500 və daha yuxarı bal toplayanlar I kurs üçün illik təhsil haqqından tam azad olunur;
2.2.Müsabiqənin ilk mərhələsində Universiteti seçən, 400-499 bal toplayanlara I kurs üçün illik təhsil haqqından 30%məbləğində güzəşt olunur;
2.3. Bir ailənin 2 və daha çox övladı Universitetə qəbul olunduqda, qəbul olanların hər birinə illik təhsil haqqından 200 (iki yüz) manat məbləğində güzəşt olunur (bu imtiyaz qəbul olanların eyni müddətdə təhsil aldıqları növbəti tədris illərinə də şamil olunur)

Qeyd. Dövlət büdcəsi hesabına təhsil almaq hüququnu təsdiq edən sənədlər Universitetin [email protected] elektron ünvanına göndərilməlidir.

Bakı

Bakı şəhəri, Nərimanov rayonu, Ak. Həsən Əliyev küçəsi 135A, AZE1110

Tel : +994125646242
Email : [email protected]
Email : [email protected]