Announcements

BAAU-da magistraturaya qəbul olan bakalavrların nəzərinə

BAAU-da magistraturaya qəbul olan bakalavrların nəzərinə
  • 24 Jul 2025

Bakı Avrasiya Universitetinin (BAAU) magistraturasına qəbul olan bütün bakalavrları təbrik edir, onlara təhsillərində uğurlar arzulayırıq!

Qeydiyyat 2025-ci il 24 iyuldan 1 avqust saat 18:00-dək elektron qaydada https://portal.edu.az/ platformasında aparılır. 

https://portal.edu.az/ platformasında qeydiyyatdan keçmək, yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalanların qeydiyyatı” xidmətini seçmək lazımdır.

Qeydiyyatdan keçməmək təhsil almaqdan imtina kimi qiymətləndirilir.

 

QEYDİYYAT ÜÇÜN SƏNƏDLƏRIN SİYAHISI:

1) Ali təhsil haqqında sənəd və ona əlavənin əsli (cari ilin məzunları üçün bitirdikləri ali təhsil müəssisəsindən arayış)

2) Şəxsiyyət vəsiqəsinin surəti (əcnəbilər: şəxsi pasport və ya icazə vəsiqəsi; vətəndaşlığı olmayan şəxslər: şəxsiyyət vəsiqəsi və ya icazə vəsiqəsi)

3) 3×4 ölçüdə 4 ədəd rəngli fotoşəkil 

4) Hərbi bilet, yaxud çağırış məntəqəsinə təhkim edilmə haqqında vəsiqənin surəti

5) Sağlamlıq haqqında arayış

6) Təhsil haqqının ödəniş qəbzi

7) Dövlət İmtahan Mərkəzinin internet səhifəsindən magistraturaya qəbul olunmasına dair müsabiqə nəticəsi

Siyahıda qeyd edilən sənədlər https://portal.edu.az/ platformasında qeydiyyatdan keçərkən tələb olunduğu halda sistemə yüklənməlidir. Siyahı üzrə bütün sənədlər 15 sentyabr 2025-ci il tarixədək Universitetin Qeydiyyat ofisinə verilməlidir.  

İllik təhsil haqqının 50%-i qeydiyyat zamanı ödənilməlidirqalan təhsil haqqı məbləğinin ödənişinə 2025-ci ilin dekabr ayının 20-dək vaxt verilir

 

Universitetin bank rekvizitləri:

Bankın adı: ASC XALQ Bankı, Baş filialı

Bankın kodu: 501026

VÖEN: 2000296061

Müxbir hesab: AZ24NABZ01350100000000067944 

S.W.I.F.T. Bik: HAJCAZ22XXX

 

Universitetin adı: BAKI AVRASIYA UNIVERSITETI (BAAU)

VÖEN: 1500008331

Hesab N-si: AZ36HAJCHCRAZN10010394313001

 

Təhsil haqqı "FİN kod" tələb edilən ödəniş terminallarından (FİN kodu daxil edib, qəbul olduğu ali təhsil müəssisəsini seçməklə, Təhsil xidmətləri - Ali təhsil müəssisələrinə ödəniş - FİN kod ardıcıllığı ilə) edilməlidir.

Qeyd: Təhsil haqqı ödənilərkən ödənişin təyinatında tələbənin FİN kodu, soyadı, adı və ata adı, qəbul olduğu ixtisas göstərilməlidir.

Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, İsa Bulağı küç. giriş 18 (əvvəlki akademik Həsən Əliyev küç. 135 A) 

Universitetin Qəbul Komissiyasının əlaqə telefonları / watsapp: +994 993 10 14 13 və ya +994 12 564 63 67 - daxili: 109

BAAU-da magistraturaya qəbul olan bakalavrların nəzərinə

Other announcements