- 16 Sep 2025
Bakı Avrasiya Universiteti universitetin professor-müəllim heyəti və təhsilalanları üçün “Tədqiqatçıların 1-ci daxili qrant müsabiqəsi”ni elan edir.
1. Müsabiqənin məqsədi
Müsabiqə Universitetdə elmi-tədqiqat mühitini canlandırmaq, innovativ ideyaları dəstəkləmək, tədqiqatçıların və təhsilalanların elmi fəaliyyətini stimullaşdırmaq məqsədi daşıyır.
2. Prioritet elmi istiqamətlər
Müsabiqə aşağıdakı istiqamətlər üzrə layihələri əhatə edir:
· Humanitar və ictimai elmlər;
· İqtisadiyyat və idarəetmə;
· Regionşünaslıq və beynəlxalq münasibətlər;
· Filologiya və tərcüməşünaslıq;
· İnnovativ təhsil texnologiyaları.
3. Qrant məbləğləri üzrə limitlər
Müsabiqə üzrə ümumi fonddan hər bir layihə kateqoriyasına ayrılan maksimum vəsait:
Layihə kateqoriyası |
Maksimum məbləğ (AZN) |
Gözlənilən nəticə öhdəliyi |
Professor-müəllim heyəti |
1 000 AZN |
Kitab nəşri |
1000 AZN |
Web of Science / Scopus bazalarında məqalə (Q1) |
|
Gənc tədqiqatçılar (Doktorantlar) |
850 AZN |
Beynəlxalq konfrans və ya impakt faktorlu jurnal (Q 2) |
Təhsilalanlar (Tələbə/magistrant) |
250 AZN |
“Sivilizasiya” elmi-nəzəri jurnalında məqalə |
4. İştirak şərtləri
· Müəllim heyəti üçün: Layihə rəhbəri BAAU-nun ştatda olan əməkdaşı olmalıdır.
· Təhsilalanlar üçün: Tələbə, magistrant və doktorantlar fərdi və ya qrup şəklində (elmi rəhbərin kuratorluğu ilə) iştirak edə bilərlər.
· Layihənin icra müddəti: maksimum 6 ay.
· Hər bir iddiaçı yalnız bir layihədə rəhbər kimi iştirak edə bilər.
5. Tələb olunan sənədlər
İştirakçılar aşağıdakı sənədləri elektron və kağız daşıyıcıda Elm, innovasiya və doktorantura sektoruna təqdim etməlidirlər:
1. Müsabiqədə iştirak üçün Ərizə;
2. Layihənin annotasiyası və əsaslandırılması (elmi yenilik, metodologiya, gözlənilən nəticələr);
3. Layihənin iş planı (mərhələlər üzrə);
4. Xərclər smetası (vəsaitin hansı istiqamətlərə xərclənəcəyi barədə əsaslandırma);
5. İştirakçıların CV-ləri.
6. Qiymətləndirmə meyarları
Layihələr müstəqil ekspertlər tərəfindən aşağıdakı meyarlar üzrə qiymətləndiriləcək:
· Mövzunun aktuallığı və orijinallığı;
· Nəticələrin tətbiq imkanları və publikasiya potensialı (Scopus, Web of Science və s. bazalarda məqalə);
· Büdcənin reallığı və əsaslandırılması.
Mühüm tarixlər:
· Sənəd qəbulunun başlanması: 16.09.2025-ci il
· Son müraciət tarixi: 06.10.2025-ci il
· Nəticələrin elan olunması: 20.10.2025-ci il
Müraciət üçün ünvan: Bakı Avrasiya Universitetinin (BAAU) Elm, innovasiya və doktorantura sektoru (EİDS), 212-ci otaq.
E-poçt: [email protected]




