Announcements

“Dayanıqlı inkişafın milli prioritetləri: rəqabətqabiliyyətli iqtisadiyyat, sosial ədalətə əsaslanan cəmiyyət, müasir innovasiyalar və təmiz ətraf mühit” adlı Respublika Elmi konfransın elanı

“Dayanıqlı inkişafın milli prioritetləri: rəqabətqabiliyyətli iqtisadiyyat, sosial ədalətə əsaslanan cəmiyyət, müasir innovasiyalar və təmiz ətraf mühit” adlı  Respublika Elmi konfransın elanı
  • 08 Oct 2025

04 dekabr 2025-ci il tarixində Bakı Avrasiya Universitetinin

Regionşünaslıq və iqtisadiyyat fakültəsinin təşkilatçılığı ilə

“Dayanıqlı inkişafın milli prioritetləri: rəqabətqabiliyyətli iqtisadiyyat, sosial ədalətə əsaslanan cəmiyyət, müasir innovasiyalar və təmiz ətraf mühit” adlı

Respublika Elmi konfransı keçiriləcək

 

Konfransın bölmələri:

1.     Müasir texnologiyalar və innovativ inkişaf;

2.     Qarabağın innovativ sosial-iqtisadi quruculuğu;

3.     Yeni dünya düzəni: ziddiyyətlərin və onların həlli perspektivləri;

4.     Rəqabətqabiliyyətli dayanıqlı iqtisadiyyat;

5.     Dayanıqlı inkişaf və sosial ədalətin humanitar aspektləri.

Konfransın keçirilməsində məqsəd:

Dayanıqlı inkişafın qlobal və milli priotitetlərinin yerinə yetirilməsinin öyrənilməsi, qiymətləndirilməsi, təhlili ilə bağlı müxtəlif sahələrdə elmi müzakirələrin aparılması, milli prioritetlərin yerinə yetirilməsində yerli və beynəlxalq qabaqcıl təcrübənin öyrənilməsi, dayanıqlı inkişafın təmin olunmasında elmlərin rolunun dəyərləndirilməsidir.

Eyni zamanda humanitar, sosial, siyasi, iqtisadi elmlərin inkişafı və onların sosial ədalət prinsiplərinin həyata keçirilməsindəki rolu araşdırılacaq. Burada siyasət, sosiologiya, hüquq, tarix, beynəlxalq münasibətlər, fəlsəfə, psixologiya, sosial elmlər, dəqiq və humanitar elm sahələrində aparılmış tədqiqatlar təqdim olunacaq, müasir çağırışların həlli yolları elmi diskussiyalara çıxarılacaqdır.

Bölmələrdə multidissiplinar yanaşmalar əsasında yeni nəzəri və praktik təkliflər irəli sürülməsi, tədqiqatçıların elmi müzakirələrə cəlb olunması, humanitar elmlərin dayanıqlı inkişaf prioritetlərindəki rolu araşdırılacaqdır.

Konfransın tədqiqat sahələri:

ü  Qlobal çağırışların siyasi elmlər qarşısında qoyduğu tələblər;

ü  Dayanıqlı inkişaf və müasir beynəlxalq münasibətlərin aktual problemləri;

ü  Dayanıqlı inkişafın iqtisadi, sosial, mədəni aspektləri;

ü  Dayanıqlı inkişafın təmin olunmasında rəqəmsal iqtisadiyyatın rolu;

ü  Qlobal və milli inkişafa təhdidlər və onlara qarşı mübarizə yolları;

ü  Dayanıqlı inkişaf və biznes mühiti;

ü  Alternativ enerji mənbələri, yaşıl enerjinin tətbiqi məsələləri;

ü  Ağıllı kənd və şəhərlər ideyası: nəzəriyyədən təcrübəyə doğru;

ü  Dayanıqlı inkişafa xidmət edən amillər: təhsil, araşdırma və əməkdaşlıq;

ü  Azərbaycanda sosial-iqtisadi islahatlar və onlara elmi-nəzəri yanaşmalar;

ü  Sosial-iqtisadi inkişafda dövlətin xüsusi rolu;

ü  Süni intellektin gələcəyi: innovasiyalar və tətbiqlər. 

Məqalələr aşağıdakı elektron poçt ünvanına göndəriləcək:

E-mail: [email protected]

Suallarınız yarandığı halda aşağıda qeyd olunan nömrə və ya e-mail ünvanı ilə əlaqə saxlaya bilərsiniz: 

“Sosial və siyasi fənlər” kafedrasından əlaqələndirici şəxs: Fidan Hacızadə

Mob.: (+994 70) 510-77-27

E-mail: [email protected]

 

Məqalələrin göndərilməsi üçün son tarix: 10 noyabr 2025

Məqalələrin qəbul edilməsinə dair məlumatın son verilmə tarixi:  24 noyabr 2025

 

Məqalə yazı qaydaları ilə tanış olmaq üçün aşağıda yerləşdirilmiş mətnə nəzər sala bilərsiniz:

 

Məqalələrin tərtibat qaydaları:

Məqalələr, Azərbaycan dilində qəbul edilir.

Məqalələr, Times New Roman 14 şriftlə, 1,5 interval qoyulmaqla yazılmalıdır.

Əsas mətn, ən azı 2000-2060 sözdən ibarət olmalıdır (nəticə, ədəbiyyat siyahısı və xülasə mətnlər istisna olunmaqla).

Səhifə parametrləri aşağıdakı qaydada olmalıdır:

Aşağı – 2 sm, Yuxarı – 2 sm, Sağ – 3 sm, Sol – 1 sm, Abzas 1 sm. olmalıdır.

Başlıq:

– Öncə məqalənin adı, 1 sətir boşluqdan sonra müəllifin adı verilir. Məqalənin adı bütün hərflər böyük olmaqla qara (bold) ilə verilir. Məqalənin adı ortada, müəllifin adı sağda qara ilə olmalıdır. Soyadının bütün hərfləri qara ilə və böyük hərflərlə verilməlidir.

– Məqalənin yazıldığı dildəki açar sözlər müəllifin adından sonra aşağıdakı qaydada 10 şriftlə, 1 sətir öncədən, 1 sətir sonradan ara verilməklə yazılmalıdır. Açar sözlər 4-5 sözdən ibarət olmalıdır:

– Müəllifin elmi dərəcəsi, işlədiyi yer və e-mail adresi soyadının qarşısına ulduz (*) işarəsi qoyulmaqla səhifə sonunda kursivlə verilir.

– Məqalələr daxili bölgülərlə verilməlidir: Giriş, I, II… və Nəticə. Paraqraflar adlandırılmalıdır.

– Bu adlandırmalar qara şriftlə fərqləndirilməli və adlardan öncə 1 sətir ara verilməlidir.

– Ədəbiyyat kod sistemi ilə verilməlidir: ya istifadə ardıcıllığı və ya əlifba sırası əsas götürülməlidir. Başqa qaydalar qəbul edilməyəcək.

– Mətn içində istinadlar bu qaydada veriləcək: (3, s. 15)

– Ədəbiyyat sözü qara və kursivlə yazılmalı, öncə bir sətir ara verilməli və ortada olmalıdır.

– Ədəbiyyat siyahısı əllə deyil, avtomatik olaraq, nömrələnməlidir. Ədəbiyyatın sırası 1 sm. sağa doğru çəkilməli və sol sıra çıxıntısız olmalıdır. Məsələn:

Ədəbiyyat siyahısı:

– Əliyev, H.Ə. Müstəqilliyimiz əbədidir: [46 cilddə] / H.Əliyev. – Bakı: Azərnəşr, – c. 45. – 2013. – 384 s.

Müəllifi göstərilməyən nəşrlər:

– Azərbaycan folkloru: (məktəblilər üçün seçmələr) / tərt. ed. B.Abdulla – Bakı: Şərq-Qərb, – 2005. – 360 s.

Jurnal məqalələri:

– Həbibbəyli, İ.Ə. Maarifçilik və realizm // – Bakı: Azərbaycan Milli Elmlər Akademiyasının Xəbərləri, Humanitar elmlər seriyası, – 2018. №1, – s. 3-10.

Konfrans materialları:

– Gatys, L.A., Ecker, A.S., Bethge, M. Image style transfer using convolutional neural networks // IEEE Conference on Computer Vision and Pattern Recognition. Las Vegas, Nevada, USA, – 2016, – p. 2414-2423.

Dissertasiyalar:
– Səfərov, E.S. Xəzər dənizinin səviyyə tərəddüdlərinin məsafədən zondlama üsulları ilə tədqiqi: / coğrafiya üzrə fəlsəfə doktoru dis. / – Bakı, 2018. – 151 s.


Dissertasiyanın avtoreferatı:

– Səfərov, E.S. Xəzər dənizinin səviyyə tərəddüdlərinin məsafədən zondlama üsulları ilə tədqiqi: / coğrafiya üzrə fəlsəfə doktoru dis. avtoreferatı. / – Bakı, 2018. – 26 s.

Elektron resurslar:

– Gleason, E. A. Viewpoint: Soft Metal Gains Hulk-Like Strength: [Electronic resource] / Physics 12, 125.

– November 11, 2019. URL: https://physics.aps.org/articles/v12/125.

– Xülasələr üç dildə (Azərbaycan, rus və ingilis) yazılmalıdır. Xülasə mətnlərinin hər biri ən azı 250 sözdən ibarət olmalıdır. Öncə müəllifin adı, növbəti sətirdə məqalənin adı qara şriftlərlə verilməlidir. Müəllifin adı qara və sağda, məqalənin adı ortada qara və kursivlə yazılmalıdır.

- Müəllif adından öncə 1 sətir ara verilməlidir.

- Mətndə şeirlərdən istifadə olunmuşsa, şeirlər 1 sətir öncə və bir sətir sonra olmaqla mətndən ayrılmalıdır. Şeirlər kursiv və qara ilə verilməli, 2 sm. sağa doğru çəkilməlidir.

Mühüm qeydlər:

  • Bu qaydalara uyğun yazılmayan, orfoqrafik, imla və ya üslub xətaları olan məqalələr qəbul edilməyəcək.

“Dayanıqlı inkişafın milli prioritetləri: rəqabətqabiliyyətli iqtisadiyyat, sosial ədalətə əsaslanan cəmiyyət, müasir innovasiyalar və təmiz ətraf mühit” adlı  Respublika Elmi konfransın elanı

Other announcements