- 10 Nov 2022
Bakı Avrasiya Universiteti ilə Türkiyə Respublikasının Niğde Ömer Halisdemir Universiteti 2022/2023-cü tədris ilinin yaz semestri üçün ERASMUS+ mübadilə proqramına qəbul elan edir.
Aşağıdakı yerlər üzrə müsabiqə keçirilir.
İnzibati heyətin mobilliyi – 1 yer (müddət - beş gün təcrübə və iki gün səyahət)
Akademik heyətin mobilliyi -1 yer (müddət - beş gün tədris və iki gün səyahət)
Təhsilalanların mobilliyi -1 yer (müddət –bir semester)
Akademik və inzibati heyətin Erasmus+ proqramı çərçivəsində mobillik proqramında iştirakı üçün tələb olunan şərtlər:
• Bakı Avrasiya Universitetinin tam ştatlı işçisi olmaq;
• İngilis və ya türk dilini mükəmməl bilmək
• Mövzu üzrə biliklər (yalnız akademik heyət üçün)
Sənədlər:
1. Fənnin sillabusu (tədris mobilliyi üçün);
2. Niyyət məktubu;
3. CV.
Təhsilalanların Erasmus+ proqramı çərçivəsində mobillik proqramında iştirakı üçün tələb olunan şərtlər:
• Tələbələrin ümumi orta balı (ÜOMG) – 71 baldan dan yuxarı olmalı;
• Magistrantların ümumi orta balı (ÜOMG) – 81 baldan dan yuxarı olmalı;
• Türk dili C1 səviyyəsində olmalı;
Sənədlər:
• Akademik transkript
• Niyyət məktubu
• CV (türk və ya ingilis dilində)
• Xarici pasport
• Sertifikatlar (əgər varsa)
Sənədlər [email protected] elektron poçt ünvanına göndərilməlidir.
Müraciət üçün son tarix: 5 dekabr 2022-ci il