Announcements

İş elanı - Mətbuat katibi

  • 21 Dec 2023

Bakı Avrasiya Universiteti vakant olan vəzifələri tutmaq üçün işə qəbul elan edir:

Vəzifənin adı: Mətbuat katibi

Hard skills: (Nəyi bilməlidir)

Yeni media və kommunikasiya texnologiyalarının əsasları

Rəqəmsal medianın və sosial media platformalarının xüsusiyyətləri 

Dil bilikləri: Azərbaycan dili-əla (səlis şifahi və yazılı ünsiyyət bacarığı), rus və ingilis dilləri - yaxşı səviyyədə

Kompüter bilikləri: Word, Excel, Power Point, Outlook və internetdən istifadə (yaxşı səviyyədə)

Soft skills: (Nəyi bacarmalıdır)

Ünsiyyət bacarıqları; özünə inam və təqdimat qabiliyyəti; analitik düşüncə və problemləri həll etmək bacarığı; operativlik; təşkilati bacarıqlar; stressədavamlılıq; kreativlik; məsuliyyətlilik; yaradıcılıq və təşəbbüskarlıq; nəticəyönümlülük; dəqiqlik və dürüstlük; komandada işləmək

Funksiyaları:

Universitetin informasiya sahəsində fəaliyyətinin təşkili və həyata keçirilməsi

Universitetin ictimaiyyətlə və kütləvi informasiya vasitələri ilə əlaqələr sahəsində işlərinin təşkili və həyata keçirilməsi

Universitetin fəaliyyətinin kütləvi informasiya vasitələrində işıqlandırılmasını təmin etmək

Universitetin rəsmi internet səhifəsini və sosial media hesablarını idarə etmək 

Universitetin fəaliyyəti haqqında rəsmi internet səhifəsində, sosial şəbəkələrdə və kütləvi informasiya vasitələrində məlumat və informasiya yayılmasını həyata keçirmək

Universitetin fəaliyyəti, təşkil etdiyi tədbirlər haqqında və s. barədə press-relizlər, Universitet  adından rəsmi bəyanatlar hazırlamaq və ictimaiyyətə çatdırılmasını təmin etmək 

İnformasiya sorğularının qanunvericilikdə nəzərdə tutulmuş qaydada cavablandırılmasını təmin etmək

Xüsusi tələblər

Ali təhsil: jurnalistika və yaxud humanitar sahələr üzrə arzuolunandır.

Yaş həddi: 25-55

İş təcrübəsi: ən azı 3 il (müvafiq sahə üzrə arzuolunandır)

Aylıq vəzifə maaşı: 800 manat 

İş qrafiki: 5 günlük iş həftəsi, iş vaxtı: saat 09:00-18:00

Müraciət üçün son tarix: 10.01.2024

Namizədlər 10.01.2024-cü il tarixədək Universitetin [email protected] elektron poçt ünvanına CV göndərməklə qeydiyyatdan keçməlidir.

Əlavə məlumat üçün: İcra aparatı, aparat rəhbəri Nərgiz Həsənova, tel.: (+994 12) 564 63 67; (+99412) 564 63 65, daxili nömrə 108 

 

 

Other announcements