News

BAAU-da “ABŞ xalqlarının maddi mədəniyyəti” mövzusunda nümunəvi dərs keçirilib

BAAU-da “ABŞ xalqlarının maddi mədəniyyəti” mövzusunda nümunəvi dərs keçirilib
  • 28 Oct 2025

Bakı Avrasiya Universitetinin (BAAU) Regionşünaslıq və iqtisadiyyat fakültəsində keçirilən nümunəvi dərslər çərçivəsində Sosial və siyasi fənlər kafedrasının dosenti tarix üzrə fəlsəfə doktoru Pərinaz Sadıqlının Regionşünaslıq (ABŞ və Kanada regionu) ixtisası üzrə “Regionun etnoqrafiyası” fənnindən “ABŞ xalqlarının maddi mədəniyyəti” mövzusunda nümunəvi dərs təşkil olunub. 

Nümunəvi dərsdə Regionşünaslıq və iqtisadiyyat fakültəsinin dekanı, dosent M.Q.Rəhimov, Sosial və siyasi fənlər kafedrasının müdiri, dosent Aybəniz Rüstəmova, Ümumi fənlər kafedrasının müdiri dosent Sevil Bəhrəmova, Sosial və siyasi fənlər kafedranın əməkdaşları t.ü.f.d., dos. S.Ə. Talıblı, s.e.ü.f.d., b/m N.B.Durmazoğlu, müəllimlər L.M.İsmayılova və S.H.Cəfərova və digərləri iştirak edirdilər. 

Nümunəvi dərsin məqsədi ixtisas üzrə təhsilalanlara regionun yerli xalqları, onların maddi mədəniyyəti, həyat tərzi ilə bağlı hərtərəfli bilik vermək, müəllimin təlim metodları və metodologiyası ilə bağlı təcrübəsini paylaşmaq, ixtisas proqramı, fənn proqramı üzrə təlim nəticələrinin əldə olunmasında həmkarların tövsiyələrini almaq olub. 

Nümunəvi dərslər tələbələrin bilik səviyyəsinin artırılması, o cümlədən kafedra əməkdaşları arasında interaktiv təlim metodlarının paylaşılması, təcrübə mübadiləsi baxımından mühüm əhəmiyyət kəsb edir və bu bir ənənəyə çevrilib. Həm fənn proqramı üzrə, həm də ixtisas üzrə aktual əhəmiyyət kəsb edən digər maraqlı mövzular ətrafında təşkil olunan nümunəvi dərslər tədrisin səmərəliliyini və fənlərə marağı artırır, təlim nəticələrinin mənimsənilməsinə kömək edir. 

Dərs zamanı etnoqrafların, antropoloqların Amerikanın yerli əhalisinin antropoloji əlamətləri, etnik tərkibi ilə bağlı araşdırmaları haqda ətraflı məlumat verildi. Yerli xalqların yaşadıqları və yayıldıqları ərazilər xəritədə göstərildi. Mövzunun daha aydın olması üçün maddi və mənəvi mədəniyyət mövzusunda müzakirələr aparıldı. Müəllim dərsin gedişində interaktiv təlim metodlarından, xəritələrdən, əyani vəsaitlərdən və müasir pedaqoji metod və yanaşmalardan səmərəli şəkildə istifadə etdi. 

Other news