News

BAAU-da “Ali təhsil müəssisələrində elmin kommersiyalaşdırılması” mövzusunda vebinar keçirilib

BAAU-da “Ali təhsil müəssisələrində elmin kommersiyalaşdırılması” mövzusunda vebinar keçirilib
  • 08 Jul 2025

Bakı Avrasiya Universitetinin (BAAU) Elm, İnnovasiya və Doktorantura sektorunun təşkilatçılığı ilə “Ali təhsil müəssisələrində elmin kommersiyalaşdırılması” mövzusunda vebinar keçirilib. Tədbirdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Yüksək Texnologiyalar Parkının (YTP) İnkubasiya və Texnologiya Transferi Mərkəzinin baş mütəxəssisi Ramin Əkbərov əsas spiker qismində çıxış edib.

Vebinar zamanı Ramin Əkbərov elmin kommersiyalaşdırılmasının universitetlər və tədqiqatçılar üçün əhəmiyyətindən bəhs edərək, "Spin-off", "Incubator", "Accelerator" və AKBANK LAB kimi anlayışların innovasiya, startap və korporativ texnologiya sahələrində geniş istifadə olunmasını, onların hər birinin fərqli məqsədlərə xidmət etməsini diqqətə çatdırıb.

Eyni zamanda universitetlərin innovasiya mühitində rolu, yeni ideyaların biznesə çevrilməsi mexanizmləri və elm–sənaye əməkdaşlığının perspektivləri geniş müzakirə olunub.

İnteraktiv şəkildə keçən vebinarda sual-cavab sessiyası təşkil olunub, iştirakçılar tərəfindən verilən suallar cavablandırılıb. Tədbir BAAU-nun professor-müəllim heyəti, doktorant və magistrantlar tərəfindən böyük maraqla qarşılanıb.

Other news