News

BAAU-da Altınbaş Universiteti ilə əməkdaşlıq imkanları müzakirə edilib

BAAU-da Altınbaş Universiteti ilə əməkdaşlıq imkanları müzakirə edilib
  • 18 Jun 2025

Bakı Avrasiya Universitetində (BAAU) Türkiyənin nüfuzlu özəl ali təhsil müəssisələrindən biri olan Altınbaş Universitetinin nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə iki universitet arasında beynəlxalq əlaqələrin genişləndirilməsi, ikili diplom proqramlarının təşkili, eləcə də tələbə və müəllim mübadilə proqramları üzrə əməkdaşlıq imkanları ətrafında müzakirələr aparılıb.

Altınbaş Universitetindən görüşdə Rektor vəkili Prof. Dr. Ali Argun Karacabey, Beynəlxalq Ofis direktoru Ebru Aytanç və MDB ölkələri üzrə beynəlxalq münasibətlər mütəxəssisi Zeynalabdin Tağıyev iştirak ediblər. BAAU-nu isə Beynəlxalq əlaqələr üzrə prorektor Dos. Sevda Rzayeva, Elmi işlər üzrə prorektor,  Prof. Gülzar İbrahimova və Layihələrin idarə edilməsi və akademik mobillik sektorunun müdiri Aygül Əhmədova təmsil ediblər.

Tərəflər təhsil sahəsində strateji əməkdaşlığın əhəmiyyətini vurğulayıb, birgə elmi layihələrin icrası, akademik heyətin təcrübə mübadiləsi və tələbələr üçün ortaq təhsil imkanlarının yaradılması istiqamətində fikir mübadiləsi aparıblar. Görüşdə konkret əməkdaşlıq mexanizmləri üzrə ilkin razılaşmalar əldə olunub.

Görüş hər iki universitet arasında qarşılıqlı faydalı tərəfdaşlığın başlanğıcı kimi dəyərləndirilib və gələcəkdə təhsil və elmi-tədqiqat sahəsində birgə təşəbbüslərin həyata keçirilməsi istiqamətində addımların atılacağı bildirilib.

Other news