News

BAAU-da “Amaranın qətli” tamaşasının təqdimatı və müzakirəsi keçirilib

BAAU-da “Amaranın qətli” tamaşasının təqdimatı və müzakirəsi keçirilib
  • 20 Nov 2025

Bakı Avrasiya Universitetində (BAAU) Regionşünaslıq və iqtisadiyyat fakültəsinin Ümumi fənlər kafedrasının təşkilatçılığı ilə Dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə təhsil alan DİD–25/01 qrupunun tələbələri “AR Konstitusiyası və Hüququn əsasları” fənni çərçivəsində “Amaranın qətli” tamaşasının təqdimatını həyata keçiriblər.

Tamaşa məhkəmə prosesinin quruluşu, hüquqi prosedurların gedişi, ittiham və müdafiə tərəflərinin fəaliyyət prinsipləri kimi mövzuları dramatik və vizual formada təqdim edərək tələbələrə hüquqi situasiyaları daha dərindən anlamaq imkanı yaradıb.

Tədbir zamanı tələbələr tamaşada yer alan hüquqi faktları təhlil edib, məhkəmə mübahisələrinin formalaşdırılması, hüquqi arqumentlərin qurulması və hüququn tətbiqi mexanizmləri barədə müzakirələr aparıblar. Bu praktiki yanaşma fənnin məqsədlərinə uyğun olaraq tələbələrin hüquqi düşüncə tərzinin inkişafına və peşəkar kompetensiyalarının gücləndirilməsinə mühüm töhfə verib.

Belə tədris yönümlü tamaşaların tələbələrin nəzəri biliklərini praktiki müstəvidə tətbiq etməyə imkan yaratdığı və onların hüquqi hazırlıq səviyyəsinin yüksəldilməsində mühüm rol oynadığı qeyd olunub.

Other news