News

BAAU-da “Azərbaycan ədəbiyyatı və ərazi bütövlüyü” mövzusunda elmi-praktik tədbir keçirilib

BAAU-da “Azərbaycan ədəbiyyatı və ərazi bütövlüyü” mövzusunda elmi-praktik tədbir keçirilib
  • 12 Dec 2025

Bakı Avrasiya Universitetində (BAAU) Filologiya fakültəsinin Azərbaycan və dünya ədəbiyyatı kafedrasının təşkilatçılığı və baş müəllim Çiçək Hüseynovanın təşəbbüsü ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Azərbaycan ədəbiyyatı və ərazi bütövlüyü” mövzusunda elmi-praktik tədbir keçirilib.

Tədbirdə BAAU-nun Filologiya fakültəsinin professor-müəllim heyəti və tələbələri iştirak ediblər. Tədbirin əsas məqsədi Azərbaycan ədəbiyyatında dövlətçilik ideyalarının, milli suverenlik və ərazi bütövlüyü məsələlərinin elmi müstəvidə təhlil olunması olub.

Tədbir Azərbaycan və dünya ədəbiyyatı kafedrasının müdiri, professor Elmira Məmmədova-Kekeç çıxışı ilə davam edib. O, mövzunun aktuallığını vurğulayıb və məruzəçiləri iştirakçılara təqdim edib.

Elmi hissədə professor Mahmud Allahmanov “Ədəbiyyatımızda dövlətçilik məsələləri”, professor Mətanət Abbasova isə “Azərbaycanın ərazi bütövlüyü: tarixdən ədəbiyyata” mövzularında məruzələrlə çıxış ediblər. Məruzələrdə Azərbaycan ədəbiyyatının milli kimliyin, dövlətçilik düşüncəsinin və ərazi bütövlüyü ideyasının formalaşmasında rolu geniş şəkildə şərh olunub.

Tədbirin bədii hissəsində Filologiya fakültəsinin tələbələri Azərbaycan ədəbiyyatının dövlətçilik və vətənpərvərlik mövzusuna həsr olunmuş şeir və esselərini təqdim ediblər.

Tədbir interaktiv şəkildə davam edib və sonda iştirakçılara sertifikatlar təqdim olunub.

Other news