News

BAAU-da beynəlxalq agentliklərlə əməməkdaşlığa həsr olunmuş təşviqat tədbiri keçirilib

BAAU-da beynəlxalq agentliklərlə əməməkdaşlığa həsr olunmuş təşviqat tədbiri keçirilib
  • 01 May 2023

Bakı Avrasiya Universitetində (BAAU) 2023-cü il ərzində əcnəbi tələbə qəbulunun genişləndirilməsi və universitetin beynəlxalq təhsil bazarında tanıtımının gücləndirilməsi məqsədilə “BAAU International Agent Partnership Meeting – 2023” adlı beynəlxalq təşviqat tədbiri təşkil olunmuşdur. 

Sözügedən tədbir çərçivəsində Türkiyə, Pakistan və Afrika regionlarını təmsil edən potensial tərəfdaş agentliklər üçün təqdimatlar keçirilmişdir. Eyni zamanda onlayn və oflayn formatda təşkil olunan görüşlər zamanı agentlik nümayəndələrinin sualları cavablandırılmış, tərəfdaşlıq mexanizmləri və qəbul prosedurları üzrə izahatlar verilmişdir. 

Tədbirin yekununda tərəflər arasında ilkin razılaşmalar əldə olunmuş, növbəti mərhələdə rəsmi əməkdaşlıq müqavilələrinin imzalanması və regionlar üzrə fəaliyyətin əlaqələndirilməsi barədə qərarlar qəbul edilmişdir.

BAAU-da beynəlxalq agentliklərlə əməməkdaşlığa həsr olunmuş təşviqat tədbiri keçirilib

Other news