- 04 Dec 2025
Bakı Avrasiya Universitetində (BAAU) Regionşünaslıq və iqtisadiyyat fakültəsinin İqtisadiyyat kafedrasının və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) Tədris Mərkəzinin birgə təşkilatçılığı ilə “Beynəlxalq Mühasiblər Günü” münasibətilə “XXI əsrdə mühasibatlıq: mühasib və vergi qanunvericiliyi” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirin məqsədi mühasibatlıq sahəsində müasir çağırışlar, vergi qanunvericiliyindəki yeniliklər və peşəkar mühasiblərin rolu ilə bağlı aktual məsələləri tələbələrə çatdırmaq olub.
Sözügedən tədbirdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) Tədris Mərkəzinin Vergi qanunvericiliyinin tədrisi şöbəsinin baş müəllimi Tural Abbasov məruzəçi qismində çıxış edib. O, vergi qanunvericiliyində son dəyişikliklər, onların tətbiq mexanizmləri, eləcə də müasir mühasiblərin üzləşdiyi əsas öhdəliklər barədə iştirakçılara geniş məlumat verib.
Tədbir çərçivəsində mövzu üzrə müzakirələr aparılıb, tələbələrin sualları cavablandırılıb və onlara praktik yönümlü tövsiyələr verilib.




