News

BAAU-da “Heydər Əliyev və müasir gənclik” mövzusunda seminar keçirilib

BAAU-da “Heydər Əliyev və müasir gənclik” mövzusunda seminar keçirilib
  • 11 Dec 2025

Bakı Avrasiya Universitetində (BAAU) Regionşünaslıq və iqtisadiyyat fakültəsinin Sosial və siyasi fənlər kafedrasının təşkilatçılığı ilə “Heydər Əliyev və Müasir Gənclik” mövzusunda elmi-maarifləndirici seminar keçirilib. 

Seminarda Regionşünaslıq və iqtisadiyyat fakültəsinin dekanı, dosent Mütəllim Rəhimov və  Sosial və siyasi fənlər kafedrasının müdiri, dosent Aybəniz Rüstəmova, həmçinin universitetin professor-müəllim heyəti və tələbələr iştirak edib. 

Seymur Abbasov “Ümummilli Lider Heydər Əliyevin milli ideologiyanın formalaşmasındakı rolu və onun irsinin müasir dövrdə davamı” mövzusunda məruzə ilə çıxış edib. Çıxış zamanı Heydər Əliyev irsinin XXI əsrdə Azərbaycan gəncliyinin formalaşmasındakı əhəmiyyəti, Azərbaycançılıq ideologiyasının dövlət quruculuğundakı rolu, gənclərin dövlət idarəçiliyində iştirakının artırılması, vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi və ali təhsil müəssisələrində akademik mühitin inkişafı məsələləri elmi şəkildə şərh edilib.

Emin Yolçiyev isə “Heydər Əliyevin Azərbaycan tarixində rolu və müstəqil Azərbaycanda gənclərlə bağlı siyasəti” mövzusunda çıxış edərək gənclərin təhsil, elm, mədəniyyət və idman sahələrində inkişafına yönəlmiş dövlət siyasətini təhlil etmişdir. O, gənclər təşkilatlarının yaradılması və dövlət tərəfindən dəstəklənməsi, sağlam həyat tərzinin təşviqi, gənclərin beynəlxalq arenada Azərbaycanın təmsil olunmasındakı rolunun artırılması məsələlərinə xüsusi diqqət yetirib.

Seminar interaktiv şəkildə davam edib və sonda xatirə şəkli çəkilib.

BAAU-da “Heydər Əliyev və müasir gənclik” mövzusunda seminar keçirilib

Other news