News

BAAU-da “İctimai diplomatiya” mövzusunda vebinar keçirilib

BAAU-da “İctimai diplomatiya” mövzusunda vebinar keçirilib
  • 24 Dec 2025

Bakı Avrasiya Universitetinin (BAAU) Beynəlxalq əlaqələr və layihələrin idarəedilməsi departamentinin təşkilatçılığı ilə “İctimai diplomatiya” mövzusunda vebinar təşkil olunub. Vebinarın məruzəçisi Doğu Akdeniz Universitetinin Siyasi elmlər və beynəlxalq əlaqələr kafedrasının müdiri, Prof. Dr. Ahmet Sözen olub.

Vebinarda Beynəlxalq əlaqələr üzrə prorektor, dosent Sevda Rzayeva da çıxış edərək tədbirin əhəmiyyətini vurğulayıb.

Ahmet Sözen, vebinar zamanı ictimai diplomatiyanın beynəlxalq münasibətlər sistemində rolu, qeyri-rəsmi diplomatik mexanizmlərin əhəmiyyəti və müasir dövrdə aktual məsələlər barədə ətraflı məlumat verib. 

Tədbirdə universitetin akademik-inzibati heyəti, tələbələr və mövzuya maraq göstərən digər iştirakçılar fəal iştirak ediblər. Vebinar interaktiv müzakirələr şəkildə davam edib və iştirakçıların sualları cavablandırılıb.

Vebinar beynəlxalq münasibətlər və diplomatiya sahəsində elmi-nəzəri biliklərin genişləndirilməsinə, tələbələrin praktiki baxımdan maarifləndirilməsinə və sahəyə marağın artırılmasına mühüm töhfə verib. 

Other news