- 18 Apr 2025
Bakı Avrasiya Universitetinin (BAAU) Karyera və Təlim Mərkəzinin (KTM) təşkilatçılığı ilə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin (ETN) təşəbbüsü və Təhsilin İnkişafı Fondunun (TİF) dəstəyi ilə həyata keçirilən III “Maarifçi” tələbə-məzun təcrübə proqramı ilə bağlı infosessiya keçirib. İnfosessiyada universitetin IV kurs tələbələri və magistrantlar iştirak edib.
İnfosessiyada KTM-nin müdiri Natiq Xəlilov çıxış edərək "Maarifçi" proqramının əhəmiyyəti və proqramın tələbələr üçün yaratdığı imkanlar barədə məlumat verib.
O, proqramın məqsədinin tələbələrin bilik və bacarıqlarını artırmaq, karyera inkişaflarını dəstəkləmək və onları təhsil sahəsindəki müasir yanaşmalarla tanış etmək olduğunu vurğulayıb. N.Xəlilov bildirib ki, proqrama seçilənlər ETN-nin Aparatı, tabe qurumları və regional təhsil idarələrində təcrübə keçmək imkanına sahib olacaqlar.
Sonra tələbələri maraqlandıran suallar cavablandırılıb, tövsiyələr verilib.
“Maarifçi” proqramı haqqında məlumat əldə etmək üçün: https://edu.gov.az/az/news-and-updates/21976-1