News

BAAU-da “Məzunla görüş” layihəsi çərçivəsində maarifləndirici tədbir keçirilib

BAAU-da “Məzunla görüş” layihəsi çərçivəsində maarifləndirici tədbir keçirilib
  • 12 Dec 2025

Bakı Avrasiya Universitetinin (BAAU) Karyera və təlim mərkəzinin təşkilatçılığı ilə tələbələrin peşəkar inkişafının dəstəklənməsi və motivasiyasının artırılması məqsədilə “Məzunla görüş” layihəsi çərçivəsində növbəti maarifləndirici tədbir təşkil olunub.

Tədbir zamanı BAAU-nun məzunu, Salyan rayonu Çadırlı kənd ümumi orta məktəbinin direktoru, Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının regional koordinatoru Arzu Əliyeva olub.

Tədbirin açılışında çıxış edən BAAU-nun Karyera və təlim mərkəzinin müdiri Natiq Xəlilov bildirib ki, bu cür görüşlər tələbələrin real iş təcrübəsi ilə tanış olması, peşəkar inkişaf istiqamətlərini düzgün müəyyənləşdirməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Daha sonra BAAU-nun məzunu Arzu Əliyeva öz təhsil və karyera yolu, peşəkar inkişaf mərhələləri, əmək bazarının tələblərinə uyğun bacarıqların formalaşdırılması, eləcə də tələbələrin gələcək fəaliyyətlərində diqqət etməli olduqları mühüm məqamlar barədə ətraflı məlumat verib.

Tədbir interaktiv formatda təşkil olunub, tələbələri maraqlandıran suallar cavablandırılıb və praktiki tövsiyələr səsləndirilib. Tədbir tələbələr tərəfindən böyük maraqla qarşılanıb.

Qeyd edək ki, Bakı Avrasiya Universitetində həyata keçirilən “Məzunla görüş” layihəsi tələbə–məzun əlaqələrinin gücləndirilməsi, real iş təcrübəsinin paylaşılması və tələbələrin peşəkar yönümünün formalaşdırılması məqsədi daşıyır və mütəmadi olaraq davam etdirilir.

Other news