News

BAAU-da Minnesota Dövlət Universitetinin professoru Elizabeth J. Sandell ilə seminar təşkil olunub

BAAU-da Minnesota Dövlət Universitetinin professoru Elizabeth J. Sandell ilə seminar təşkil olunub
  • 10 Dec 2025

Bakı Avrasiya Universitetində (BAAU) Minnesota Dövlət Universiteti, Mankato-nun Təhsildə İnsan Münasibətləri üzrə professor Elizabeth J. Sandell ilə seminar təşkil olunub. Görüşün məqsədi universitetin beynəlxalq akademik əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, eləcə də müasir təhsil yanaşmalarının tələbələrə təqdim edilməsidir.

Elizabeth J. Sandell tədbirdə “Bakalavr tələbələri arasında mədəniyyətlərarası səriştənin formalaşdırılması: nə üçün və necə?” mövzusunda təqdimatla çıxış edib.

Təqdimat zamanı professor qlobal dünyada mədəniyyətlərarası səriştənin həm akademik, həm də sosial mühitdə uğur üçün əhəmiyyətini vurğulayıb. O, tələbələrdə bu bacarıqların inkişaf etdirilməsi üçün effektiv metodlar, pedaqoji yanaşmalar və müxtəlif mədəni kontekstlərdə qarşılıqlı anlaşmanın gücləndirilməsinə dair müasir təcrübələr haqqında məlumat verib. Professor Sandell qeyd edib ki, mədəniyyətlərarası səriştənin formalaşması həm universitet təhsilində, həm də gələcək peşəkar fəaliyyətlərdə mühüm rol oynayır.

Seminarın sonunda professor Sandell iştirakçıların suallarını cavablandırıb və mövzu ətrafında interaktiv müzakirə aparılıb. 

Other news