News

BAAU-da “Nəsillərarası fərqlər və tələbələrin yeni psixologiyası (Z nəsli)” mövzusunda seminar keçirilib

BAAU-da “Nəsillərarası fərqlər və tələbələrin yeni psixologiyası (Z nəsli)” mövzusunda seminar keçirilib
  • 12 Nov 2025

Bakı Avrasiya Universitetində “Nəsillərarası fərqlər və tələbələrin yeni psixologiyası (Z nəsli)” mövzusunda seminar keçirilib

Seminarın əsas məqsədi müasir gəncliyin - xüsusilə Z nəslinə mənsub tələbələrin psixoloji xüsusiyyətlərini, onların sosial davranış və dəyərlər sistemindəki fərqləri təhlil etmək, eləcə də müəllim-tələbə münasibətlərində bu fərqlərin yaratdığı çağırışlara diqqət yönəltmək olub.

Seminarda çıxış edən psixoloq Nüşabə Quliyeva nəsillərarası psixoloji fərqlər, Z nəslinin dünyagörüşü, emosional reallığı və rəqəmsal texnologiyalarla formalaşan sosial davranış modelləri barədə ətraflı təqdimatla çıxış edib. O, təhsil prosesində Z nəslinin fərqli psixoloji xüsusiyyətlərinin nəzərə alınmasının vacibliyini vurğulayıb.

Seminar interaktiv şəkildə davam edib, iştirakçılar psixoloqla fikir mübadiləsi apararaq nəsillərarası kommunikasiyanın səmərəli yolları, tələbə motivasiyasının artırılması və tədrisdə psixoloji uyğunlaşmanın əhəmiyyəti ilə bağlı suallarını ünvanlayıblar.

Sonda bu kimi maarifləndirici seminarların təşkili iştirakçılar tərəfindən tələbələrin şəxsi inkişafına, müəllim-tələbə əlaqələrinin daha səmərəli qurulmasına və universitetdə psixoloji maarifləndirmə fəaliyyətinin gücləndirilməsinə mühüm töhfə verdiyi vurğulanıb.

Other news