News

BAAU-da “Qırğız ədəbiyyatı” mövzusunda ustad dərs keçirilib

BAAU-da “Qırğız ədəbiyyatı” mövzusunda ustad dərs keçirilib
  • 22 Dec 2025

Bakı Avrasiya Universitetində (BAAU) Azərbaycan və dünya ədəbiyyatı kafedrasının təşkilatçılığı ilə tələbələr üçün “Qırğız ədəbiyyatı” mövzusunda ustad dərs təşkil olunub.

Ustad dərsdə filologiya üzrə fəlsəfə doktoru, dosent Mehman Həsənli çıxış edib. Tədbirin əsas məqsədi tələbələrin Türk dünyası ədəbiyyatına dair biliklərinin genişləndirilməsi, xüsusilə Qırğız ədəbiyyatının tarixi inkişaf mərhələləri, əsas nümayəndələri və ideya-estetik xüsusiyyətlərinin öyrənilməsi olub.

Ustad dərs zamanı Mehman Həsənli Qırğız xalqının zəngin ədəbi irsi, “Manas” dastanının Türk dünyası mədəniyyətindəki rolu, eləcə də müasir Qırğız ədəbiyyatının əsas istiqamətləri barədə ətraflı məlumat verib. Eyni zamanda, dünya ədəbiyyatında xüsusi yeri olan Çingiz Aytmatovun yaradıcılığı, əsərlərinin ideya-məzmun xüsusiyyətləri və yazıçının həyatı geniş şəkildə təhlil olunub. Çıxış interaktiv müzakirələrlə müşayiət olunub, tələbələrin sualları cavablandırılıb və mövzu ətrafında fikir mübadiləsi aparılıb.

Sonda ustad dərsin yüksək səviyyədə təşkili və maarifləndirici məzmunu xüsusi qeyd olunub.

Other news