News

BAAU-da “Rəqəmsal dövrdə iş və karyera perspektivləri” adlı maarifləndirici tədbir keçirilib

BAAU-da “Rəqəmsal dövrdə iş və karyera perspektivləri” adlı maarifləndirici tədbir keçirilib
  • 31 Oct 2025

Bakı Avrasiya Universitetində (BAAU) Regionşünaslıq və iqtisadiyyat fakültəsinin Sosial və siyasi fənlər kafedrası ilə İqtisadiyyat kafedrasının təşkilatçılığı ilə “Rəqəmsal dövrdə iş və karyera perspektivləri” mövzusunda dəyirmi masa keçirilib.

Tədbirin məqsədi gənclərin və tələbələrin əmək bazarındakı dəyişikliklər, rəqəmsallaşmanın karyera inkişafına təsirləri, müasir peşə bacarıqları və məşğulluq imkanları barədə məlumatlılığını artırmaq olub. 

Açılış nitqi ilə çıxış edən BAAU-nun Regionşünaslıq və iqtisadiyyat fakültəsinin dekanı dosent Mütəllim Rəhimov ali təhsil müəssisələrində tələbələrin məşğulluğuna dəstək məsələlərindən danışıb, bu istiqamətdə mövcud problemləri və onların həlli yollarını vurğulayıb.

Daha sonra BAAU-nun Sosial və siyasi fənlər kafedrasının müdiri, dosent Aybəniz Rüstəmova və İqtisadiyyat kafedrasının müdiri, dosent Vüsalə Nağıyeva sözügedən mövzuya aid çıxışlarında son illər ölkəmizdə məşğulluğun əsas hissəsi qeyri-neft sektoruna yönəldiyindən, sosial-humanitar, biznes və xidmət sahələrində yeni imkanlara şərait yaratdığını vurğulayıblar. 

BAAU-nun Sosial və siyasi fənlər kafedrasının müəllimləri Aysu Nazar və Nəzrin Bayramzadə çıxış edərək gənclərin texnologiyalara daha sürətlə uyğunlaşması sayəsində əmək bazarında rolunun artdığını qeyd ediblər. Çıxış edənlər rəqəmsal bacarıqların gələcəyin iş dünyasında əsas üstünlük olduğunu və gənclərin bu istiqamətdə inkişafının vacibliyini vurğulayıblar.

Sonra söz Milli Observatoriyanın Monitorinq şöbəsinin baş mütəxəssisi Əli Qafarova verilib. O, çıxışında əmək bazarındakı müasir tendensiyalar, məzunların bazara adaptasiyası, iş elanlarının analizi və yumşaq bacarıqların əhəmiyyəti haqqında ətraflı məlumat verib. O, həmçinin gənclərin məşğulluq sahəsində qarşılaşdıqları əsas çətinlikləri və onların aradan qaldırılması istiqamətində görülən tədbirləri qeyd edib.

Tədbir tələbələrin suallarının cavablandırılması ilə yekunlaşıb.

Other news