News

BAAU-da “Sözlə, Zəka” adlı intellektual yarış keçirilib

BAAU-da “Sözlə, Zəka” adlı intellektual yarış keçirilib
  • 19 May 2025

Bakı Avrasiya Universitetində (BAAU) 25 may – Filoloqlar Günü münasibətilə “Sözlə, Zəka” adlı “Nə? Harada? Nə zaman?” formatında intellektual yarış təşkil edilib. Yarış BAAU Filologiya fakültəsi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) və BAAU Tələbə Gənclər Təşkilatının İntellektual Oyunlar Klubunun birgə təşəbbüsü ilə keçirilib. 

Tələbələr arasında elmi marağı artırmaq, intellektual düşüncə və komanda bacarıqlarını inkişaf etdirmək məqsədi daşıyan yarış üç mərhələdən ibarət olub. Ümumilikdə 8 komanda iştirak edib. Yarımfinalda “Leksika”, “Qrammatika” və “Fonetika” komandaları mübarizə aparıb. Finalda isə “Leksika” komandası 7 düzgün cavabla qalib gəlib.

Qalib komandalar kubok və medallarla mükafatlandırılıb.

Other news