News

BAAU-da yaz imtahan sessiyası başlayıb

BAAU-da yaz imtahan sessiyası başlayıb
  • 03 Jun 2025

Bakı Avrasiya Universitetində (BAAU) 2024/2025-ci tədris ilinin yaz semestrinin imtahan sessiyasına 2 iyun 2025-ci il tarixindən start verilib. Sessiya müddətində imtahanlar yazılı, şifahi və test üsulu ilə həyata keçiriləcək.

Tələbələrin bilik və bacarıqlarının ədalətli qiymətləndirilməsi, sessiyanın obyektiv, şəffaf və mütəşəkkil keçirilməsini təmin etmək məqsədilə universitetdə “İmtahan Qərargahı” və “Apellyasiya Komissiyası” yaradılıb. 

Universitet rəhbərliyi sessiyanın gedişində zəruri nəzarət mexanizmlərini təmin edərək, tələbələr üçün optimal şəraitin yaradılmasına xüsusi diqqət yetirir. Tədris prosesi çərçivəsində formalaşan bilik və bacarıqların qiymətləndirilməsi üçün tələbələrə hərtərəfli imkanlar təqdim olunub.

İmtahan sessiyası müddətində şəffaflığın və ictimai nəzarətin gücləndirilməsi, sessiyanın gedişində baş verən neqativ hallarla bağlı məlumat və şikayətlərin operativ qəbulu, araşdırılması və Universitet rəhbərliyinə çatdırılmasını təmin etmək üçün “Qaynar xətt” xidməti (012) 564-63-67 nömrəli telefon ilə təmin edilib. 

Bakı Avrasiya Universiteti olaraq tələbələrimizə imtahan sessiyasında uğurlar arzulayırıq.

BAAU-da yaz imtahan sessiyası başlayıb

Other news