- 18 Nov 2025
Bakı Avrasiya Universitetinin (BAAU) Filologiya fakültəsinin Azərbaycan və dünya ədəbiyyatı kafedrasının baş müəllimi Çiçək Hüseynovanın təşkilatçılığı ilə Filologiya fakültəsinin III kurs tələbələri Azərbaycan İstiqlal Muzeyini ziyarət ediblər. Ziyarət tələbələrin Azərbaycan tarixi, dövlətçilik ənənələri və milli-mənəvi dəyərlərlə bağlı biliklərinin artırılmasına xidmət edib.
Tələbələr muzeyin altı ekspozisiya zalı ilə tanış olublar. Ekspozisiyalarda Azərbaycanın dövlət rəmzləri, XIX–XX əsrlərin ictimai-siyasi hadisələri, Azərbaycan Xalq Cümhuriyyətinin irsi, Cənubi Azərbaycan tarixi, repressiya illəri, II Dünya müharibəsi dövrü, XX əsrin sonundakı milli-azadlıq hərəkatı və Qarabağ müharibəsi ilə bağlı materiallar təqdim edilib. Həmçinin Ulu Öndər Heydər Əliyevin dövlətçilik fəaliyyətini və Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin inkişafını əks etdirən sənədlər nümayiş olunub.
Ziyarət zamanı tələbələrə eksponatlarla bağlı geniş məlumat verilib. Tədbir tələbələrin tarixi irsimizi daha dərindən öyrənməsinə şərait yaradıb.




