- 30 Jun 2025
“Dünya Gənc Türk Yazarlar” İctimai Birliyinin (DGTYİB) rəhbər heyəti Bakı Avrasiya Universitetinin (BAAU) rektoru dosent Səyavuş Qasımovla görüşüb. Görüşdə tərəflər arasında gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub, birgə fəaliyyət istiqamətləri müəyyənləşdirilib.
Rəhbərlik etdiyi təşkilatın fəaliyyəti, həyata keçirdiyi layihələr və türk dünyasında mədəni əlaqələrin gücləndirilməsinə dair təşəbbüslər barədə ətraflı məlumat verən DGTYİB-nin sədri İntiqam Yaşar səmimi qəbul üçün universitet rəhbərliyinə təşəkkür edib. Daha sonra BAAU-nun rektoru dosent Səyavuş Qasımov universitetin maddi-texniki imkanları, təhsil istiqamətləri və elmi-akademik potensialı və strateji hədəfləri barədə qonaqları məlumatladırıb.
Görüş çərçivəsində Bakı Avrasiya Universiteti ilə “Dünya Gənc Türk Yazarlar” İctimai Birliyi arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
Anlaşma Memorandumunda birgə seminarların, təlim və kursların, konfransların, forumların və digər elmi-mədəni tədbirlərin təşkili, ortaq layihələrin hazırlanması və qrant müsabiqələrinə birgə müraciət imkanları nəzərdə tutulub.
Görüş əməkdaşlığın gələcək inkişafına dair fikir mübadiləsi ilə yekunlaşıb.