- 19 Dec 2025
Bakı Avrasiya Universitetinin (BAAU) Elm, innovasiya və doktorantura sektorunun müdiri Vüsalə Həsənovanın təşkilatçılığı ilə Regionşünaslıq və iqtisadiyyat fakültəsinin tələbələri Məlahət İsmayılovanın, Quba Bəkirlinin və Rəhiməxanım Babayevanın iştirakı ilə “Cor4” komandası olaraq İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İDDA) tərəfindən təşkil olunan “Hackathon 2 Agenda” müsabiqəsində iştirak ediblər.
Müsabiqənin əsas məqsədi innovativ ideyaların dəstəklənməsi, gənclərin rəqəmsal bacarıqlarının inkişaf etdirilməsi və texnoloji həllərin təşviqindən ibarət olub. Tədbir çərçivəsində iştirakçılar aktual problemlərə yönəlmiş innovativ layihələrini təqdim edərək komandalararası rəqabət mühitində bilik və bacarıqlarını nümayiş etdiriblər.
BAAU-nun “Cor4” komandası müsabiqədə kreativ yanaşması və innovativ ideyaları ilə seçilərək universitetin innovasiya və startap ekosistemində fəal iştirakını bir daha nümayiş etdirib.
BAAU-nun Elm, innovasiya və doktorantura sektorunun mentorluq proqramı çərçivəsində universitetin tələbələrinin innovativ təşəbbüslərinin dəstəklənməsi, onların ölkə və beynəlxalq səviyyəli layihələrdə iştirakının genişləndirilməsi istiqamətində fəaliyyəti davam edir.




